Maraqlı

Yorğunluğa səbəb olan hallar

14 Aprel 2018 22:25
0 Şərh     Baxış: 2 160

Fəal və hərəkətli olmaq sağlam həyat tərzinin ən vacib şərtlərindən biridir. Gün ərzində daha çox hərəkət edənlərin oturaq həyat keçirənlərə nisbətən daha az yorulduğu sübut edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ən azı həftədə bir dəfə 20 dəqiqə idmanla məşğul olmaq əzələlərin gücünü və dözümlülüyün artırır, ürəyin işini stimullaşdırır, toxumalara oksigenin daşınmasını asanlaşdırır. Kifayət qədər maye içilmədikdə də orqanizmdə yorğunluq hissi əmələ gəlir. Az su içənlərin qanı laxtalanmaya daha meyillidir. Qanla laxtalanma səviyyəsi yüksək olanlar özlərini daim yorğun hiss edirlər.

Orqanizmdə dəmir çatışmazlığı halsızlıq, zəiflik və yorğunluq hissi yaradır. Dəmir çatışmazlığı olan xəstələrin orqan və toxumaları yetərincə oksigenlə qidalanmır. Səhərlər normal yeməyənlər, şirniyyat və ayaqüstü qidalara üstünlük verənlər də balanslaşdırılmamış və keyfiyyətli qidalanmadıqlarına görə gün boyu yorğun olurlar. Fasiləsiz iş rejimi, istirahətə vaxt ayırmamaq, hətta məzuniyyət vaxtında da işləmək yorğunluq yarada bilər.

Yatmazdan əvvəl smartfon telefona və ya kompüterə baxmaq da yorğunluğa səbəb olur. Gün ərzində həddindən çox kofe içmək yuxunu qaçırır, yuxu pozğunluğu isə xroniki yorğunluğa aparıb çıxarır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.