Maraqlı

Mütəxəssislər fikirləri oxuya bilən qurğu yaradıblar

14 Aprel 2018 21:35
0 Şərh     Baxış: 520

Kaliforniya Universitetinin əməkdaşları insan fikirlərini real vaxt rejimində 90 faiz dəqiqliklə mətnə köçürə bilən qurğu yaradıblar. Qurğu cümlənin beyində qurulması prosesində sait və samitlərin kombinasiyasını təhlil edir. Mütəxəssislərin fikrincə, cihaz danışa bilməyən insanlara kömək edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qurğu neyron siqnallarını hesablayır və onları ani olaraq mətnə çevirir. Alimlərin sözlərinə görə, qurğu təkcə bundan əvvəl işlətdiyi sözlərdən deyil, yenilərindən də istifadə edə bilər. İxtira bəzi insanların həyatını yaxşı tərəfə dəyişməyə qadirdir. Lakin alimlər ehtiyat edirlər ki, qurğu bəzi insanlarda gizli fikirləri aşkara çıxaracaq.

Daha əvvəl Virginiya Politexnik Universitetinin əməkdaşları məlumat veriblər ki, süni intellekt insanın cinayətdə təqsirkar olub-olmadığını müəyyən edə bilər. Mütəxəssislər "cinayətkarların fikirlərini" oxumaqdan ötrü süni intellekt kombinasiyası və beynin skanlanmasından istifadə ediblər. Alimlər gələcəkdə bu üsulun məhkəmədə tətbiq ediləcəyinə ümid bəsləyirlər.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.