Maraqlı

Özəyi yeyilir, toxumundan dərman hazırlanır

15 Aprel 2018 21:50
5 Şərh     Baxış: 1 680

Qanqal yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişən şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibdə ləkəli alaqanqal adlandırılan bitkidən həm də müalicə vasitəsi kimi bir sıra xəstəliklər zamanı istifadə olunur. Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

Xalq təbabətində qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır.

Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Baki · 15 Aprel 22:0510

    Kurdexanı yolunda bir cöllük var.Baga gedende görürük.Millet tökülüşüb qanqallıga.Həqiqətən qara ciyərə LIV 52- Dermanını əvəz edir.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 15 Aprel 22:2110

    Zeherlenmerem ki yesem Nece dadir goren

    Cavab yaz
    • Anonim
      Baki · 15 Aprel 23:2010

      Vallah, mən yeməmişəm.Ancaq bir nəfər var ,deyir cox dadlıdır gövdəsi.Toxumlari barede de milli az.bu yaxında yaxşı məqalələr vermişdi.əsas ciyəeə faydası coxdur.

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 15 Aprel 23:5810

        Yene de sag olun...Birden yanlis bitkini yeyerem), Dadini onuncun sorusdum ki bilim texmini ne dadi verir

        Cavab yaz
        • Anonim
          Tovuzlu xanıma. · 16 Aprel 12:1110

          Siz de.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.