Qarabaşaq unikal tərkibə malik olan dənli bitkilərdəndir. Qarabaşağın vətəni Hindistan və Nepal sayılır. Qarabaşağın tərkibi orqanizm üçün vacib olan vitamin, makro və mikro elementlər, qidalı zülallar, insan sağlamlığı üçün vacib olan qidalı maddələrlə zəngindir. Qarabaşaq xüsusi texnologiyalardan keçdikdən sonra satışa buraxılır. Bu zaman isə o öz tərkibini dəyişmir və faydalılığını itirmir. XX əsrdə qarabaşağı "dənli bitkilərin çarı " adlandırıblar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, 100 qram qarabaşaq 343 kaloriyə malikdir. Qarabaşağın tərkibində 18 növ əvəzolunmaz amin turşusu, dəmir, kalsium, fosfor, sink, yod, bor, ftor, molibden, kolbat, B1, B2, B9, PP, E vitaminləri və s. var. Qarabaşaq dənli bitkilər içərisində orqanizm tərəfindən ən yaxı sorulanlardandır. Atereskleroz, qaraciyər xəstəlikləri, hipertoniya, müxtəlif səbəbli şişkinliklər zamanı qarabaşaqdan istifadə etmək məsləhət görülür. Onun yarpaqlarından və çiçəklərindən hazırlanmış dərman preparatlarından qan damarlarında olan sərtliyi və keçiricilik pozğunluqları, yaralanmalar, yuxarı tənəffüs yollarının xəstəlikləri, skarlatina, şüa xəstəlikləri zamanı istifadə edilir. Onun çiçəklərində və yarpaqlarında rutinin və P vitamininin miqdarı çox böyükdür. Qarabaşağı əsasən plov kimi dəmləyib yeyirlər. O damar xəstəliklərinin, revmatik xəstəliklərin, artritlərin sağalmasını sürətləndirir. Ondan istifadə etmək orqanizmdən xolesterinin xaric olunmasını sürətləndirir, immun sistemi yüksəldir, şlakların, ağır metal duzlarının xaic olunmasını sürətləndirir. Qarabaşağı azyaşlı uşaqlara da asanlıqla vermək olar.
Qarabaşağı digər dənli bitkilərdən daha uzun müddətdə saxlamaq mümkündür. Quru yerdə saxlanılan qarabaşaq öz keyfiyyətini itirmir. Qarabaşaq qandan pis xolesterinin təmizlənməsinə səbəb olur. Bunun üçün davamlı olaraq qarabaşaqdan dəmlənmiş çay içmək lazımdır. Bu məqsədlə 40 qram qarabaşaq çiçəyini 1 litr qaynar suda dəmləmək və içmək lazımdır. Bu dəmləmə bronxlardan bəlğəmin xaric olmasını sürətləndirir. Qarabaşaqdan qaraciyər, öd kisəsi, mədə-bağırsaq xəstəlikləri zamanı istifadə etmək çox faydalıdır. Onu tavada qızdıraraq torbaya doldurub boyun nahiyəsinə qoymaq boyun ağrılarının aradan qalxmasına səbəb olur. Eyni üsulu boğaza tətbiq eləmək boğaz ağrılarını kəsir.
Körpə uşaqların sağlam böyüməsi üçün onlara qarabaşaq sıyığı yedirməkdə fayda var. Qarabaşaq dietası ilə sağlam şəkildə arıqlamaq mümkündür.
Qarabaşağın zərərli xüsusiyyətləri
Mədə-bağırsaq yaraları, qastritlər zamanı çoxlu miqdarda qarabaşaqdan istifadə etmək məsləhət görülmür. Hamiləlik və uşaqəmizdirmə dövründə qarabaşaqdan çox istifadə etmək bəzən uşaqlarda allergiya əlamətlərinin meydana çıxmasına səbəb olur.
Şəkərli diabet, ürək-damar xəstələrinə qarabaşaq dietası saxlamaq məsləhət görülmür. Yeniyetmələrə qarabaşaq dietası saxlayan zaman diqqətli olmaları və həkimlə məsləhətləşmələri tövsiyə edilir.
Milli.Az
Maraqlı
Qarabaşağın xeyri
15 Aprel 2018 20:55
0 Şərh
Baxış: 3 953
DİGƏR XƏBƏRLƏR
- 24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO
- Bayden yenə hava ilə “salam”laşdı - VİDEO
- Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
- İsveç səfiri Avroviziya təmsilçilərimizlə görüşdü - VİDEO
- Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO
XƏBƏR LENTİ
- Rəşad Sadıqov: “Bir hədəf var”
- İraq Prezidenti COP29-a dəvət olundu
- 24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO
- Bayden yenə hava ilə “salam”laşdı - VİDEO
- Krım körpüsü bağlandı
- Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR
- "Mənə sədaqətdən, vəfadan danışmayın..." - FOTOlar
- Qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
- İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir
- İsveç səfiri Avroviziya təmsilçilərimizlə görüşdü - VİDEO
- Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzaladı
- Bir il əvvəl yoxa çıxan modelin meyiti tapıldı - FOTO
- Sabiq pediatrın ölümü ilə bağlı RƏSMİ CAVAB: “Rəhbər təyinatı olmayıb” - YENİLƏNİB
- Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq - VİDEO
- Azərbaycanda yeni kollec yaradıldı
- Jiru onlarla razılığa gəldi
- Şəkil sevdası faciəyə səbəb oldu - vulkana düşdü - FOTO
- "Mənim kimi qadınlar ancaq bu kişilərlə birlikdə olur"
- İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
- “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
- Qəzzada ürəkdağlayan görüntülər - VİDEO
- Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- Zülfiyyə Bayramova xəstəliyindən danışdı:"Problem yarada bilər"