Maraqlı

Burakla Kərəmə şok: filmin nümayişinə icazə verilmədi - FOTO

13 Aprel 2018 16:21
0 Şərh     Baxış: 1 696

Aktyor Burak Özçivitlə Kərəm Bürsinin baş rolda çəkildiyi "Can Feda" filmi Almaniyada qadağan edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, türk əsgərinin uğurundan bəhs edən filmdə şiddət, zorakılıq səhnələri olduğu üçün "18+" limiti qoyulub. Premyeraya bilet alan tamaşaçıların çoxu 18 yaşdan az olduğu üçün kinoteatrlara buraxılmayıblar. Burakla Kərəm də premyeraya qatılmadan Türkiyəyə qayıtmalı olublar. Özçivit fanatları ilə şəkillər çəkdirərək onlara təşəkkürünü bildirib. 

Qeyd edək ki, Almaniyanın belə bir qərarı verməsi Türkiyədə etirazla qarşılanıb. Filmin nümayişinin qadağan olunmasını şiddət səhnələri ilə yox, türkçülüklə və türklərin qələbəsini həzm edə bilməməklə əlaqələndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.