Maraqlı

Valideynlərinin ölümündən 4 il sonra dünyaya gəldi

12 Aprel 2018 23:03
0 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində ər və arvad 4 il əvvəl yol qəzasında ölüblər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qəzadan öncə uşaq sahibi olmaq istəyən cütlük uşaq dünyaya gətirmək üçün müalicə zamanı embrionlarını dondurmaq qərarına gəliblər.

Amma cütlük müalicəni sonlandıra bilmədən ölüblər. Cütlüyün ana və ataları isə övladlarının embrionlarını qorumaq qərarına gəliblər.

Əvvəlcə uşaqlarının xatirəsini yaşatmaq üçün surroqat ana axtarıblar. İki ailə surroqat ana olmaq istəyib. Öncə DNT testi edilib və məhkəmə qərarı ilə embrionları alan ailələr Laosa getməli olub.

Uşağın Çin vətəndaşı olması üçün surroqat anaya turist vizası verilib. 9 ay sonra Tiantian adlı uşaq sağlam şəkildə dünyaya gəlib.

Nənə və babalar nəsillərinin davamçısının dünyaya gəlməsinə çox sevindiklərini dilə gətiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.