Maraqlı

Bu yerlərdə yaşayan qadınlar uzunömürlü olurlar

13 Aprel 2018 06:30
1 Şərh     Baxış: 1 349

"Environmental Health Perspectives"in apardığı araşdırmalara görə, yaşıllıq ətrafında yaşayan qadınlar daha uzunömürlü olurlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Harvard Universitetinin 2000-ci ildən apardığı araşdırmada 108 min 630 nəfər qadın iştirak edib. Evlərinə yaxın ərazidəki yaşıllığın qalınlığı ölçülərək qadınların yaşamaq müddəti diqqətə alınıb. Yaşıllıq çevrəsində yaşayan qadınlarda ölüm riski bu imkandan məhrum olanlardan 12% azdır. Həmin qadınlarda tənəffüs yolları xəstəlikləri 34%, xərçəng isə 3% azlıq təşkil edir. 

Təbiət qoynunda yaşayanlar hava kirlənməsi, qızmar istilər və ətraf mühitin çirklənməsi problemlərindən uzaqdırlar. Bundan başqa, araşdırmaya səasən, yaşıllıq insanları fiziki və sosial fəallığa sövq edir ki, bu da depressiya riskini azaldır. Ağaclar arasında yaşamaq stressə yaxşı gəldiyi kimi, zehni qabiliyyəti də gücləndirir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Roya · 13 Aprel 07:5740

    Tebietin qoynunda yasayan qadin kisi ferq etmez uzun omurlu olurlar. Insanlarin uzun omurlu olmalari irsidi.Ele nesiller varki 65 yuxari yasamirlar.Ele nesiller de var ki en tezi 85 yasinda dunyadan kocur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.