Maraqlı

Dubayda istehlakçı hüquqlarının "ağıllı" müdafiəsi xidməti istifadəyə verilib

13 Aprel 2018 07:14
0 Şərh     Baxış: 412

Dubayda istehlakçı hüquqlarının "ağıllı" müdafiəsi xidməti istifadəyə verilib. Bu xidmət istehlakçıların şikayətlərinə cavab verilməsi və problemlərin həlli üçün süni intellektdən istifadə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubay İqtisadi inkişaf Departamentinin kommersiya uyğunluğu və istehlakçıların müdafiəsi şöbəsinin yaydığı məlumata görə, xidmət ingilis və ərəb dillərindədir. Bu təşəbbüsün məqsədi şikayətin mahiyyətini başa düşmək üçün istehlakçıların bilavasitə dialoqa cəlb edilməsi, toplanmış informasiyanın işlənilməsi, məlumatların təhlili və ölkə qanunvericiliyi əsasında məsələlərin təcili həllidir. Yeni xidmət gecə-gündüz şikayətləri fasiləsiz qəbul edir və tam məlumatın toplanılması üçün zəruri suallar verir. Bir neçə dəqiqə ərzində istehlakçı şöbədən şikayətin təfsilatının və təlimatın göstərildiyi məktub alır və bundan sonra satıcıya məktubu təqdim edə bilər. Şirkət və ya satıcı bu cür məktubu aldığı gündən başlayaraq yeddi gün ərzində zəruri tədbir görməlidir. Satıcı məktubdakı tələblərə əməl etməsə, istehlakçı bu barədə müvafiq xidmətə təkrar məlumat verə bilər və şöbə satıcı barədə zəruri tədbir görə bilər, o cümlədən cərimə sanksiyaları tətbiq edə bilər.

Qeyd edilir ki, istehlakçılar Android və iOS əməliyyat sistemli mobil telefonlara və ya Dubayda istehlakçı hüquqlarının xidməti saytından DubaiConsumer əlavəsini yükləməklə xidmətdən istifadə edə bilərlər.

İqtisadi inkişaf departamentinin şöbə rəhbəri Məhəmməd Əli Rəşid Luta bildirib ki, yeni "ağıllı" xidmət istehlakçıların yerli bazara inamını artıracaq, istehlakçılara öz problemlərini istənilən vaxt tez və effektiv həll etməyə imkan verəcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.