Maraqlı

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi

14 Aprel 2018 20:40
0 Şərh     Baxış: 1 281

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostikası 50%-i həkimin təcrübəsindən asılı olduğu halda, 50%-i də laborator müayinə metodlarının dəqiq və düzgün olmasından asılıdır. Laboratoriya və müasir müayinə metodları həkimin köməkçisi qismində çıxış etməlidir. Yəni laborator müayinə həkimin kliniki olaraq qoyduğu diaqnozu dəqiqləşdirmək üçündür.

Milli.Az hekimtap.az-a istinadən bildirir ki, hər bir həkimin güvəndiyi laboratoriya və müayinə metodu var. Ümumiyyətlə, laborator və ya instrumental müayinə metodları pasiyentin deyil, həkimin yardımçısı olmalıdır və pasiyent də öz növbəsində, həkimin dediklərinə güvənməlidir.

Ola bilər ki, laboratoriya həkimin qoyduğu diaqnozu təsdiq etməsin. Əgər təcrübəli həkim qoyduğu diaqnoza əmindirsə, o zaman pasiyenti başqa laboratoriyaya - təkrar analizə yönəldir. Çünki bəzi hallarda laborator analizlərin cavabları dəqiq olmaya da bilər.

Ümumiyyətlə, bütün daxili orqanların xəstəlikləri özünü dəridə büruzə verir. Bu baxımdan müalicə həkimləri az da olsa, dəri xəstəlikləri haqda məlumatlı olmalı, dəri həkimləri isə bütün daxili orqanların xəstəliklərini bilməlidirlər. Yəni daxili orqanların xəstəliklərini sırf dəri xəstəliklərindən ayırmağı bacarmaq lazımdır.

Dəri xəstəlikləri 3 qrupa bölünür: dərinin infeksion xəstəlikləri, dərinin xroniki xəstəlikləri və dərinin iltihabi xəstəlikləri.

Xəstəliyin düzgün müalicəsi üçün pasiyent peşəkar həkimə müraciət etməlidir, çünki təcrübəsiz həkimin müdaxiləsi zamanı xəstəliyin əlamətləri pozulur və diaqnoz qoymaq çətinləşir. Tövsiyə olunur ki, xəstəliyin ilkin əlamətləri müşahidə edilən kimi mütəxəssisə müraciət edəsiniz.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.