Maraqlı

Lipofilinq (Yağ inyeksiyası)

14 Aprel 2018 19:40
0 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lipofilinq nədir?

Qocalmanın və ağırlıq qüvvəsinin yaratdığı həcm itkisi özünü bədənimizin bir çox yerlərində göstərir. Bunlardan ən çox diqqət çəkəni üz nahiyyəsidir. Yaş artdıqca üzümüzdə əmələ gələn çökəkliklər, dərin çuxurlar, üz dərisinin keyfiyyətinin azalması bahalı kosmetik kremlər istifadə etməyinizə baxmayaraq yenə də əngəllənmir və bizi narahat etməyə başlayır. Yağ inyeksiyası həm üzümüzdə, həm də bədənimizdə yaranan bu çökəklikləri düzəltməkdə, qocalıq əlamətlərini itirməkdə bizə kömək olur.

Lipofilinq hansı hallarda tətbiq olunur?

Milli.Az hekimtap.az-a istinadən bildirir ki, yağ inyeksiyası plastik cərrahiyyənin bir çox sahəsində istifadə olunur: üzdə yaranan yaşlılıq əlamətlərini itirmək üçün, kiçik olan süd vəzilərini böyütmək üçün, popoya həcm vermək və dikləşdirmək üçün, ayaqda olan əyrilikləri düzəltmək üçün, bədənin müxtəlif nahiyələrində olan çökəklikləri dolurmaq üçün.

Yağ inyeksiyası məntiqi, əslində, düşündüyümüzdən daha qarışıqdı. Çünki, biz yağ vuran zaman, eyni anda vurduğumuz nahiyyənin dərisinin keyfiyyətini yaxşılaşdırırıq. Bu müdaxilə üçün lazım olan yağ bədəndə çox olan yerdən alınır. Belə ki, istəmədiyiniz nahiyədəki piylərdən də bu müdaxilə zamanı eyni anda qurtula bilərik.

Yağ inyeksiyası üçün lazım olan yağı qarından, buddan, qoldan, beldən və s. kimi istəmədiyiniz nahiyələrdən alıb, istədiyiniz nahiyələrə vura bilirik. Bu, bir növ yerdəyişmədi, amma biz istədiyimiz şəkildə olan yerdəyişmədir. Nəticə: uzun ömürlü və təbii görünüşdür. Özəlliklə, üz nahiyəsində istifadə olunan dolğularla müqayisədə daha təhlükəsiz, daha uzun ömürlü və daha ekonomikdir. Amma bəzi hallarda 100 %-li nəticə əldə etmək üçün bu müdaxiləni təkrarlamağa ehtiyac var.

Lipofilinqdən əvvəl konsultasiya

Bizimlə olan ilk konsultasiya  çox vacibdir. Konsultasiya zamanı bizə rahatsızlıqlarınızı və istəklərinizi aydın şəkildə deyin. Yalnız belə olarsa biz sizin nə istədiyinizi doğru şəkildə dəyərləndirib, bunun cərrahi müdaxilə ilə mümkün olub-olmayacağını əməliyyatdan öncə sizə deyə bilərik. Konsultasiya vaxtı, eyni zamanda sağlamlığınızla bağlı problemləriniz varsa bunu da cərrahınıza bildirməlisiniz. Bəzən daha gözəl nəticə əldə etmək üçün, sizə başqa müdaxilələr də təklif oluna bilər.

Lipofilinq belə tətbiq olunur

Yağ inyeksiyası əməliyyatı həm vena daxili narkoz ilə, həm də ümumi anesteziya ilə həyata keçirilə bilər. Əməliyyat zamanı yağ alınacaq bölgədə 0.5 sm-lik dəliklər açılaraq, konyula adlandırılan nazik uzun borularla yağlar alınıb, xüsusi işləmdən keçirildikdən sonra, istədiyiniz nahiyyələrə iynələrin köməyi ilə vurulur. Yağlar iynələrin köməyi ilə vurulduğu üçün iz buraxmır.

Əməliyyatın vaxtı vurulan nahiyyəyə görə dəyişiklik göstərir. Belə ki, yalnız üz nahiyyəsinə vurulacaqsa 20 dəqiqə, popoya, süd vəzilərinə və ya ayağa vurulacaqsa ortalama 1 saat çəkəcək. Əməliyyatın sonunda yağ alınan nahiyyələrdə korsetiniz olacaq. Bu korsetlərin 2 həftə ilə 1 ay arası taxılmasında fayda var.

Əgər əməliyyat ortalama 1 saat çəkibsə, eyni gün, daha çox çəkibsə səhərisi gün evə gedəcəksiniz. Əməliyyatdan sonra ağrılarınızı azaltmaq məqsədi ilə sizə ağrıkəsicilər vurulacaq. Yüngül halsızlıq isə 4-5 gün içərisində keçəcək. Əgər yağ inyeksiyası üz nahiyyəsinə vurulubsa, 1 həftə-10 gün sonra, bədənə vurulubsa, 5 gün-1 həftə sonra iş həyatınıza geri dönəcəksiniz.

Əməliyyatdan sonra 2 gün içərisində şişliklərinizin artması normaldı, 3- cü gündən etibarən azalacaqlar. Əməliyyat sahəsində göyərmələriniz olacaq, bunlar 10 gün içərisində itəcəklər. 2 gün sonra duş almağınıza icazə veriləcək.

Lipofilinq əməliyyatının üstünlükləri

Yağ inyeksiyası hər gün daha da populyar hala gəlir. Bu plastik cərrahların ən çox istifadə etdiyi dolğu yöntəmidir. Vurarkən təbii görünməsi, uzun ömürlü olması, təbii olduğuna görə ağırlaşmalarının daha az olması, ekonomik olması bu müdaxiləni populyarlaşdırmışdır. Ən böyük özəlliyi də məhz insanın öz toxuması olduğu üçün digər dolğularda olan allergik reaksiyalar bu müdaxilə ilə olmur. Yağ inyeksiyası eyni zamanda əl gəncləşdirilməsində də uğurla istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.