Maraqlı

Kolpit xəstəliyi - Qadınların diqqətinə

14 Aprel 2018 22:20
0 Şərh     Baxış: 4 050

Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq yolunun iltihabıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kolpit zamanı qadında uşaqlıq yolundan gələn ifrazatlar çoxalır, ifrazatlar iyli (bəzən "baliq iyi" verir - bu simptom trixomonada tərəfindən törədən kolpitə xasdır), sarı, yaşılımtıl və ya ağ, kəsmiyə bənzər olur. İfrazatlar tez-tez hallarda qaşınma ilə müşayiət olunur, bəzən xarici cinsiyyət üzvləri ödemləşir (şişir) və qızarır, cinsi əlaqə, sidik ifrazatı zamanı ağrılar olur, beldə və qarının aşağı hissəsində ağrılar ola bilər.

Xəstəliyin əlamətləri meydana çıxan kimi dərhal ginekoloqa müraciət etmək lazımdır. Qadınların bir hissəsi özlərində sadaladığımız simptomları aşkar etdikdə belə, həkimə müraciət etməyə tələsmir. Lakin bu xəstəlik heç də "yüngül" və "təhlükəsiz" deyil. Uzun müddət ərzində mövcud olan kolpit endometrit (uşaqlığın iltihabı), uşaqlıq boynunun eroziyası (uzun müddət ərzində mövcud olan eroziya isə xərçəng xəstəliyinə çevrilə bilər), servisit (uşaqlıq boynunun iltihabı), sonsuzluq və s. fəsadlara gətirib çıxara bilər.

Hamiləlik zamanı kolpit xüsusən təhlükəlidir və bu səbəbdən mütləq müalicə olunmalıdır.

Kolpitin inkişaf etməsinə səbəb olan amillər:

- yumurtalıqların funksiyasının zəifləməsi (misal üçün, klimaks zamanı);

- cinsiyyət sisteminin anomaliyaları (uşaqlıq yolunun divarlarının aşağı yenməsi, cinsiyyət üzvlərinin yerinin dəyişməsi və s.)

- gigiyena qaydalarına riayət etməməsi;

- uşaqlıq yolunun disbakteriozu;

- uşaqlıq yolunun travmaları (abort, düzgün olmayan yuyunma, doğuş travmaları və s.);

- allergik reaksiyalar (prezervativlərə, şamlara və s. vasitələrə qarşı);

- bəzi xəstəliklər (şəkərli diabet, yumurtalıqların xəstəlikləri və s.) və infeksiyalar (xlamidiya, trixomonada, mikoplazma, qonokokk və s.).

Kolpitin səbəbindən asılı olaraq müalicə zamanı antibakterial (antibiotiklər), göbələk əleyhinə, iltihab əleyhinə preparatlar istifadə olunur. Müalicəni həm qadın həm də onun həyat yoldaşı almalıdır. Bu çox vacibdir!

Kolpitin səbəbi menopauza zamanı qadın hormonlarının defisiti olarsa, bu zaman həkim tərkibində çatışmayan hormonlar olan preparatları təyin edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.