Maraqlı

Kişilər, kəmərinizi möhkəm sıxmayın, yoxsa...

14 Aprel 2018 21:20
0 Şərh     Baxış: 3 673

Möhkəm sıxılan kəmər yemək borusu və qırtlaq xərçəngi riskini artırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Şotlandiyada Qlasqov Universitetində aparılan araşdırmada bu qənaətə gəliblər.

Kennes Makkol və heyətinin çalışması nəticəsində artıq çəkili adamların kəmərlərini "1 deşik boş buraxmasının" yemək borusu və qırtlaq xərçəngi riskini azaltdığı müəyyən olunub. Araşdırma zamanı iştirakçıların yeməkdən sonra mədə turşusunun miqdarı ölçülüb. Nəticələr kəmərin çox sıxılması və ya boş buraxılması hallarıyla qarşılaşdırılıb. Xüsusən kök insanlarda kəmərin möhkəm sıxılıb bağlanması mədə və yemək borusu arasındakı hissəni sıxır və mədənin ifraz etdiyi turşu yemək borusuna qalxır.

Alimlər mədə turşusunun xərçəngə meyilli qida borusu hüceyrələrinə zərər verərək göynəmələrə, zaman zaman da xərçəngə səbəb olacağını deyiblər.        

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.