Maraqlı

Süd vəzi fibroadenoması - Qadınlar üçün

14 Aprel 2018 19:20
2 Şərh     Baxış: 2 306

Bu xoşxassəli şiş süd vəzi toxumasından formalaşır. Adətən fibroadenoma qadın tərəfindən və ya mammoqrafiya zamanı aşkar edilir.

Fibroadenoma süd vəzinin dərinliyində olan noxud və ya qoz boyda olan kürəciyi xatırladır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, fibroadenoma orta hesabla bir neçə sm ölçüdə olur. Lakin vaxtında müalicə olunmamış fibroadenoma böyüdükcə diametrdə hətta 40 sm və bir neçə kiloqramma çata bilər. Lakin fibroadenomanın ölşüsü əsas əlamət deyil, hətta 2 sm olan kiçik belə şiş xərçəngə keçə bilər.

Fibroadenoma tamam ağrısız olur və süd vəzinin dərinliyində asanlıqla yerini dəyişir. Onun konturları aydın və hamar olur. Fibroadenomadan fərqli olaraq süd vəzinin xərçəng şişi çətinliklə yerini dəyişir və onun konturları aydın olmur.

Fibroadenoma zamanı süd vəzinin dərisi dəyişilmir, xərçəng şişi zamanı isə süd vəzinin dərisi portağal qabığına bənzəməyə başlayır, döş giləsi isə sanki içəri girir.

Baxmayaraq ki, fibroadenoma xərçəng deyil və qadının səhhəti və həyatı üçün təhlükə yaratmır, bu şiş də xərçəngə çevrilə bilər. Bu səbəbdən fibroadenoması olan qadın mütləq mammoloqa müraciət etməlidir.

Bu xəstəliyə adətən cavan qadınlarda rast gəlinir. Adenoma hətta 14 yaşında olan qız uşağında hormonal fonun dəyişilməsinə reaksiya olaraq inkişaf edə bilər.

Adətən fibroadenoma hormonal fonun müxtəlif pozulmaları olan qadınlarda inkişaf edir. Bu zaman söhbət yalnız qadın hormonlarından getmir. Fibroadenomanın formalaşmasına orqanizmin bütün hormonları təsir edə bilər. Belə ki, qalxanvari vəzi hormonların fonunun pozulması adenomanın əmələ gəlməsinə səbəb ola bilər. Yumurtalıqlar, böyrəküstü vəzilər, hipofiz tərəfindən ifraz olunduğu hormonların tarazlığı pozulduğu halda süd vəzilərində müxtəlif xəstəliklər (o cümlədən, fibroadenoma) inkişaf edə bilər. Bu səbəbdən hormonal pozulmaları olan qadınlar daim süd vəzilərinə nəzarət etməli və lazım oladuqda mammoloqa müraciət etməlidir.

Abortlar süd vəzi xəstəliklərinin əsas səbəblərindən biridir. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının hormonal fonunda ciddi dəyişikliklər baş verir. Abortdan sonra isə orqanizm güclü hormonal stres keçirdir ki, nəticədə müxtəlif xəstəliklərin və pozulmaların inkişaf etmə ehtimalı olduqca artır. Abortdan sonra mastopatiya, süd vəzi kistaları və hətta fibroadenoma inkişaf edə bilər.

Fibroadenoma diaqnozu təsdiq olunduqda qadın ilk növbədə biopsiya müayinəsinə göndərilir. Biopsiya zamanı qadına ağrısızlaşdıran inyeksiya vurulur və daha sonra şişin mikroskopik hissəsi laborator müayinəsi üçün iynə vasitəsi ilə götürülür. Alınmış hüceyrələrin arasında atipik (xərçəng) hüceyrələri aşkar olunduqda qadın onkoloqa göndərilir. Bu halda qadına adətən cərrahi əməliyyat təyin olunur ki, nəticədə  fibroadenoma və onu əhatə edən toxumalar (1-3 sm) xaric olunur.

Əgər biopsiya zamanı xərçəng hüceyrələri tapılmazsa, şişin ölçülərindən, qadının yaşından və s. səbəblərdən asılı olaraq qadın cərrahi əməliyyata göndərilir və ya daim mammoloqun nəzarəti altında qalır. İkinci halda şiş sürətlə böyüməyə başladıqda və ya xərçəng şişinə keçmə təhlükəsi artdıqda cərrahi müdaxilə tətbiq edilir.

Lakin onu da nəzərinizə çatdırmaq lazımdır ki, fibroadenoma hormonal asıllıqlı şişdir. Bu səbəbdən onun inkişaf etməsinə səbəb olan hormonal pozulma aradan qaldırılmazsa, fibroadenoma xaric olunduqdan sonra yenidən əmələ gələ bilər. Məhz buna görə fibroadenoması olan qadında bu şişin inkişaf etmə səbəbi və ya səbəbləri mütləq təyin olunmalıdır. Səbəblərdən asılı olaraq qadın ginekoloq və ya endokrinoloq həkiminə müalicə üçün göndərilir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    SG · 14 Aprel 20:3640

    Allah hər kəsi bu xəstəlikdən qorusun.Xəstələrimizədə Allah özü tez bir zamanda şəfa versin .

    Cavab yaz
    • Anonim
      alsu · 14 Aprel 22:1700

      vallah bu xerceng xesteliyi var ha ondan allah qorusun birincisi ikinciside allah elemesin tutulanda elhemi fatihani oxuyub getsin oterefe onun caresi yoxdu insanin qanini sorub sklete donderib olmese el cekmir istesen bir mewok iyne derman ele allah qorusun vallah esrin belasidir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.