Maraqlı

Kişi sonsuzluğunun səbəbi

14 Aprel 2018 21:10
0 Şərh     Baxış: 1 280

Kişilərdə sonsuzluq geniş yayılmış problemlərdəndir. Araşdırmalar nəticəsində brusella infeksiyasının kişi sonsuzluğunun səbəblərindən biri olduğu müəyyənləşib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, həkim Nebahat Bilge brusella infeksiyasının qadınlardan fərqli olaraq kişilər üçün daha təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, əgər kişi brusella infeksiyası daşıyıcısıdırsa, bu, onda müalicəsi çətin olan sonsuzluq probleminə səbəb olacaq: "İnsanların  xəstələnməsinə səbəb olan 1700 amil var, onun 60 faizindən çoxu da heyvanlardan qaynaqlanır. Xalq tərəfindən tanınan brusella xəstəliyinin heyvanlardan insanlara keçmə ehtimalı yüksəkdir. Xəstəlik ilk öncə heyvanın tullantı sularıyla birbaşa təmasa keçən zaman, eyni zamanda daşıma və tənəffüs, bəzən də göz vasitəsilə yoluxur".

Həkim bu xəstəliyə qadınlarda daha çox rast gəlindiyini deyərək bildirib: "Qadınlar heyvanlarla daha çox təmasda olurlar. Lakin bu, daha çox kişilər üçün problemdir. Kişilər bu xəstəliyə yoluxarlarsa, güclü antibiotiklər qəbul etməlidirlər. Əgər kişiyə bu infeksiya keçərsə, yüksək qızdırmayla başlayan sonsuzluq xəstəliyinə gətirib çıxara bilər".

Xəstəliyə süd və süd məhsulları ilə də yoluxmağın mümkün olduğunu söyləyən N. Bilge xəstəliyə tutulan adamın oynaqlarında şişkinlik yarandığını , gələcəkdə ürəkdə də problemin yarana biləcəyini, əsəblərin pozulacığını qeyd edib.

Bu xəstəliklə mübarizə aparmağın əsas yolu süd məhsullarıın keyfiyyətinə nəzarət etmək və heyvanların  peyvənd olunmasına önəm verməkdir.        

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.