Maraqlı

Beliniz ağrıyırsa, bu məsləhətlərə əməl edin

14 Aprel 2018 19:10
1 Şərh     Baxış: 6 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bel ağrısı dünyada geniş yayılmış problemlərdən biridir. Təxminən 10 insandan 8-i həyatının hansısa dönəmində bu problemlə qarşılaşır. Həkim fizioterapevt Qamze Şənbursa xüsusən qadınlarda rastlanan bel ağrılarını azaltmağın 5 yolunu açıqlayıb.

Milli.Az lent.az-a istinadən həmin məsləhətləri təqdim edir.

1. Sümüklərinizi gücləndirin: Brokoli, ispanaq kimi bitkilər sümüyü kalsium cəhətdən zənginləşdirir. Güclü sümük güclü vücud deməkdir. Beləliklə bel ağrısıyla nəticələnən problemlərdən canınızı qurtara bilərsiniz.

2. Çantanızı çarpaz asın: Əgər çantanızın ağırlığı sizin vücud ağırlığınızın 10 faizindən artıqdırsa, bu, bel ağrısına səbəb olacaq.  Ən yaxşı çanta uzun ipli çantalardır ki, onları çiyninizdən çarpaz asa bilərsiniz.  Çantanı çarpaz asdığınızda hər 20 dəqiqədən bir çantanın yerini dəyişin.

3. Çox sərt yataqda yatmayın: Yumşaq yataqlarda yatanlar sərt yataqda yatan insanlardan fərqli olaraq, daha az-az bel ağrısı ilə qarşılaşırlar. Yatarkən başınızın çox hündürdə olmasına çalışmayın. Əgər arxası üstə yatırsınızsa, çənəniz sinənizə çox dəyməsin. Yan üstə yatırsınızsa, başınızla çiyniniz bucaq yaratmamalıdır.

4. Əzələlərinizi gücləndirin: Güclü qarın, diafraqma və qarın əzələləriniz sizi bel ağrısından qoruyur. Dizləriniz bükülü, ayaqlarınız yerə tam dəyəcək şəkildə arxası üstə uzanın. Göbəyinizi görəcək şəkildə önə doğru əyilin və 10 saniyə gözləyin. Sonra üzü üstə çevrilin, əllərinizi yanınıza dayayıb üzünüzü yerdən qaldırın və bu vəziyyətdə 10 saniyə uzanın.  Bu hərəkətləri həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.

5. Oturuşunuza diqqət edin: Əgər gün ərzində 8 saatdan artıq əyləşirsinizsə, bu, belinizə ağırlıq salacaq. Oturarkən oturacağın arxasına söykənin, ya da yastıqlardan istifadə edin. Oturarkən ayaqlarınızı yerə,  dirsəklərinizi stola dayayın.           

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.