Maraqlı

13 günə 13 kilo arıqla!

14 Aprel 2018 20:45
0 Şərh     Baxış: 5 472

Artıq xanımlar artıq çəkilərini gizlətmək yox, onlardan xilas olmaq haqqında fikirləşirlər. Bunun ən asan yolu isə pəhrizdir.

Milli.Az lent.az-a istinadən artıq çəkili qadınlara Yaponiya Dövlət Fizika-Kimya İnstitutunu əməkdaşlarının sınanmış yapon pəhrizini təqdim edir. Bu pəhrizlə 13 gündə 13 kq arıqlamağın mümkün olduğu bildirilir.

Pəhrizin qaydası

Pəhrizə başlamazdan əvvəl yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftədə bu ərzaqlardan uzaq durun:

Duz - bədənə su yığıb, çəkini artırır.

Şəkər - bədəndə piy qatları yaradır.

Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir. Ona görə də bu zaman çoxlu qazsız su içmək məsləhətdir. Süd verən analara bu pəhrizi saxlamaq qadağandır.

İlk günlər və pəhrizdən sonrakı ilk həftə

Səhər: Qəhvə.

Nahar: Tərəvəz və yumurta.

Axşam: Yağsız balıq.

Birinci gün:

Səhər: Qəhvə.

Nahar: Suda bişmiş 2 yumurta, kələm salatı, 1 stəkan tomat şirəsi.

Şam: Buğda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq.

İkinci gün:

Səhər: Qəhvə və bir dilim qurudulmuş qara çörək.

Nahar: Suda bişmiş balıq, zeytun yağlı tərəvəz salatı (xiyar, turp, pomidor, kələm və göyərti).

Şam: Suda bişmiş 100 qr. mal əti və 1 stəkan qatıq.

Üçüncü gün:

Səhər: Qəhvə və bir dilim qurudulmuş qara çörək.

Nahar: Bitki yağında qızardılmış 1 ədəd böyük qabaq

Şam: 200 qr. soyutma mal əti, 2 ədəd yumurta, zeytun yağlı kələm salatı.

Dördüncü gün:

Səhər: Qəhvə.

Nahar: Salat (1 ədəd soyutma yumurtanı və 3 ədəd böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgəcdən keçirib, üzərinə zeytun yağı əlavə edin).

Şam: Meyvə (üzüm və banandan başqa).

Beşinci gün:

Səhər: Üzərinə limon şirəsi sıxılmış, sürtgəcdən keçirilmiş çiy kök.

Nahar: Buğda bişmiş və ya qızardılmış balıq, 1 stəkan tomat şirəsi.

Şam: Meyvələr (banan və üzümdən başqa).

Altıncı gün:

Səhər: Qəhvə.

Nahar: Suda bişmiş, yağsız, dərisiz toyuq, kələm və kök salatı. Şam: Soyutma 2 ədəd yumurta, üzərinə bitki yağı əlavə edilmiş kök salatı.

Yeddinci gün:

Səhər: Yaşıl çay və ya ot dəmləməsi.

Nahar: 200 qr. soyutma mal əti və meyvə.

Şam: Pəhrizdəki istədiyin şam yeməklərindən birini seçə bilərsiniz (üçüncü gündən başqa).

13 gündən sonra pəhriz yenidən təkrarlanır. Amma unutmayın ki, pəhrizdən yalnız 1 həftə sonra normal qidaya qayıda bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.