Maraqlı

Daha bir məşhur Facebook hesabını bağladı

14 Aprel 2018 21:15
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Facebook-un adı son vaxtlar bəzi siyasi məsələlərdə hallanır.

Bunun nəticəsidir ki Facebook günü-gündən istifadəçilərini itirir. Belə ki, sonuncu dəfə Cambridge Analytica skandalı ilə diqqətləri üzərinə toplayan Facebook-a ilk olaraq Elon Musk öz münasibəti bildirdi. O, Twitter-də #DeleteFacebook həştəqi ilə platformaya etiraz elan etdi.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, bu dəfə isə Apple-ın qurucularından olan Steve Wozniak bu etiraza qoşulub.

O,  məsələ ilə bağlı açıqlamasında deyib ki, Facebook istifadəçilərinin şəxsi məlumatlarından reklam aləti kimi istifadə edir:

"Bu isə Facebook tərəfindən reallaşdırılan tək tərəfli razılşma olduğundan istifadəçilər heç bir gəlir əldə etmir. Məndən olsa, şəxsi məlumatlarımın satılması qarşılığında pullu üzvlüyü seçərdim".

Bu açıqlamadan sonra Steve Wozniak Facebook hesabını bağlayıb. Beləliklə, Wozniak da Facebook-a sərt reaksiya göstərən tanınmışlar siyahısına daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.