Maraqlı

Apple-da qadınlar, yoxsa kişilər daha çox qazanır?

14 Aprel 2018 08:55
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış texnologiya nəhəngi Apple şirkəti maraqlı məlumat yayımlayıb.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, şirkət qadın işçilərinin kişilərə nisbətən 26 faiz az qazandığını açıqlayıb.

Böyük Britaniyadakı Apple ofisi bu ölkədə və Avropada olan işçiləri arasında gəlir bərabərsizliyini əks etdirən yeni bir hesabat dərc edib.

Araşdırmanın şirkətin Böyük Britaniyadakı üç ofisindəki işçiləri əhatə etdiyini nəzərə alsaq, qadınların kişilərə nisbətən orta hesabla 5 faiz az qazandığını deyə bilərik. Ümumi olaraq isə bu göstərici 26 faizdir.

İşçilər arasında ən böyük gəlir bərabərsizliyi isə Apple (UK) Ltd. şirkətində müşahidə edilib.

Apple isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, şirkət işçilərinin bərabərliyini təmin etmək üçün ciddi səylər göstərir.

Məlumata görə, Apple 2014-cü ildən etibarən yeni işə aldığı əməkdaşlarda qadınlara daha çox üstünlük verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.