Maraqlı

Biometrik texnologiyalar sahəsində hansı ölkə liderdir?

14 Aprel 2018 08:45
0 Şərh     Baxış: 367

"Maliyyə xidmətləri sahəsində liderlər" adlı beynəlxalq tədqiqatın nəticələrinə görə, Sinqapur maliyyə xidmətləri sektorunda biometrik texnologiyaların (müştərilərin şəxsiyyətinin barmaq izinə görə müəyyənləşdirilməsi) tətbiqi sahəsində dünya lideridir.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, sorğuda Sinqapur, Çin, Böyük Britaniya və ABŞ-dan olan 315 şirkət iştirak edib.

Sinqapurun maliyyə şirkətlərinin 61 %-dən çoxu müştərilərin barmaq izlərini nəzərə alan ikifaktorlu eyniləşdirmədən istifadə edir. Çin bu texnologiyanın yayılma dərəcəsinə görə 2-ci yeri tutub (57%). Biometrik texnologiyalardan istifadə Avstraliyada 50%, Böyük Britaniyada  40%, ABŞ-da isə 37% təşkil edib.

Tədqiqatlar göstərib ki, müştərilərin biometrik eyniləşdirilməsi texnologiyası bütün dünyanın maliyyə şirkətləri arasında geniş yayılıb, lakin bu sahədə birincilik Sinqapura məxsusdur.

Mütəxəssislər bildiriblər ki, Sinqapur qabaqcıl biometrik texnologiyaların tətbiqində liderlik etsə də,  bu ölkədə fəaliyyət göstərən bütün şirkətlər rəqabətə davam gətirmək və müştərilərin tələblərinə cavab vermək üçün biometriyaya əsaslanan innovativ həlləri daha fəal şəkildə tətbiq etməyə davam etməlidir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.