Maraqlı

İşçilərin 40 faizi video oyun oynayır-

14 Aprel 2018 08:25
0 Şərh     Baxış: 396

ABŞ və bir sıra Avropa ölkələrində keçirilmiş bir sorğunun nəticələrinə görə, işçilərin 40 faizi işdə oyun oynayır.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, aparılan bir araşdırma oyun və iş dünyasını qarşı-qarşıya gətirib.

Belə ki, Limelight Networks ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Cənubi Koreya və Yaponiyada 3000 nəfərin iştirakı ilə sorğu aparılıb.

İştirakçılara "Həftədə neçə saatınızı video oyunlara həsr edirsiniz?" və "Neçə saat işdə oyun oynasırsınız?" kimi suallar verilib.

Amerikalı iştirakçıların 40% -i işlə məşğul olduqlarını söyləyərkən, respondentlərin orta cavab nisbəti 35% olub.

Sorğuda iştirak edənlərin 8.6% -i istisnasız olaraq hər gün işlə məşğul olduqlarını deyib.

Oyun oynayanların ən çox Solitaire və Candy Crush, Battlegrounds kimi qısa müddətli onlayn oyunlarla maraq göstərdiyi qeyd edilib.

Anketdəki digər bir maraqlı nəticə isə oyun oynayanların 60%-i oyunu yuxuya tərcih edirlər. İştirakçıların 40 faizi isə oyun və yemək arasında seçim etmək məcburiyyətində qalanda oyunu tərcih etdiklərini deyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.