Maraqlı

PlayStation 5 nə vaxta gözlənilir?

14 Aprel 2018 08:15
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PlayStation 4-ün bazara çıxarılmasından bu yana təxminən 5 il keçib. Bu da ''Yeni nəsil konsollar üçün pul yığmağa nə vaxtdan başlamaq lazımdır?'', deyə özünə sual verən həvəskarları həyəcanlandırır. Adları gizli saxlanılan 2 Sony işçisi yeni nəsil oyun konsulunun bu il satışa çıxarılmayacağını iddia etsə də onlar qətiyyətlə bildirirlər ki, hər şey ola bilər. Ötən günlərdə PlayStation Avropa şöbəsinin müdiri Layden ondan alınan müsahibədə PlayStation 5 ilə bağlı olaraq ''Nə vaxtsa çıxacaq'', deyərək qəribə cavab vermişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni konsol nə vaxt çıxacaq, dəqiq deyə bilmərik, amma bu konsolun mütləq real 4K keyfiyyətini dəstəkləməli olduğunu düşünürük. PC həvəskarları rahat sistem quraraq oyunları 4K-da oynaya bilirlər. Bu hal PS4 və digər konsol həvəskarları üçün mümkün deyil. Yeni konsolun 4K keyfiyyətinə sahib olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.