Maraqlı

Bitcoin ilə Hotmail e-mail'lərini sındırmaq mümkün oldu

14 Aprel 2018 08:05
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitcoin kriptovalyutası hal-hazırda bazarda ən yüksək pul dəyəri olan valyutadır. Bildiyimiz kimi artıq bir çox servis Bitcoin ilə də ödəmə qəbul edir. Bunlara xakerlər də daxildir. Hotmail servisində tapılan açıqlar hesabına xakerlər istənilən Hotmail hesabını sındıra bilirlər. Və ödəmə olaraq isə Bitcoin tələb edirlər.

Milli.Az technote.az-a istinadən bildirir ki, o.439 BTC ödəyərək istənilən Hotmail hesabını xakerlər vasitəsilə ələ keçirə bilərsiz.    

Bir sayt üzərindən satışa çıxan bu açıq hesabına siz Bitcoin əvəzinə 3000 dollar ödəyərək də yararlana bilərsiniz. Hotmail servisində olan bu xətanın bir məntiq xətası olduğu düşünülür və Microsoft serverlərinə bu xətayı istifadə edərək girmək mümkün deyil. Facebook-un başına gələnləri nəzərə alsaq, Microsoft tez zamanda pulunu ödəyərək bu xətanı alacaq. Yoxsa 2-ci bir məlumat satılma-sızdırılma skandalı baş verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.