Maraqlı

God of War oyunu artıq oğruların əlindədir

14 Aprel 2018 08:41
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilə mükəmməl giriş edən Sony, 20 aprel tarixində yeni God of War-ı bazara çıxarmağa hazırlaşır. Merlin-in xəbərinə görə təqdim olunmasına bir neçə gün qalmış bu oyun bəzi şəxslərin əlinə düşüb.

Milli.Az technote.az-a istinadən bildirir ki, Reddit forumlarında kemar7856 adlı istifadəçi, paylaşdığı fotolarla yeni God of War-ın əlinə keçdiyini təsdiqlədi. Hətta eyni başlıq altında yenə başqa oyunçuların da hal-hazırda bu oyunu oynadığı dedi-qodular arasındadır. Bu oğurluğun hansı bölgəyə aid olduğu hələ müəyyənləşmədiyi üçün qarşısını almaq da mümkün deyil. Yenə də oyunların 20 aprel tarixindən əvvəl oyunçuların əlinə keçməsi bəzi satıcılara problem yarada bilər. Sony vəziyyətlə bağlı hər hansı bir açıqlama etməsə də böyük satış şirkətləri bu halın yenidən yaşanmaması üçün xəbərdarlıq edəcəklər. Eyni hal ötən il God of War 3 və Heavy Rain-in də başına gəlmişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.