Maraqlı

“YouTube”a haker hücumu - "Despacito" silindi

14 Aprel 2018 07:22
2 Şərh     Baxış: 436

"YouTube" haker hücumuna məruz qalıb və aralarında ən çox izlənən video - "Despacito" mahnısının klipi də daxil olmaqla, bir çox populyar video silinib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hücumu özünü "Prosox and Kuroi'sh" adlandıran fələstinli haker qrupu həyata keçirib.

Puerto Rikodan olan ifaçılar Luis Fonsi və Deddi Yankinin "Despacito"su ilə bərabər Şakira, Teylor Svift, Selena Qomes, reper Dreyk və digər tanınmış sənətçilərin klipləri də silinib. Əslində hakerlər bu kliplərin yerləşdirildiyi "Vevo" platformasının musiqi səhifələrini "sındırıblar", nəticədə oradakı videolar yoxa çıxıb.

Hakerlərin motivləri məlum deyil, lakin onlardan biri deyib ki, bunu sırf əyləncə xətrinə edib: "Məni mühakimə etməyin, mən "YouTube"u sevirəm".

Qeyd edək ki, 2017-ci ilin yanvarında "YouTube"a yerləşdirilən "Despacito" klipi 5 milyard dəfədən çox izlənib və 26 milyondan çox like yığıb.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    maria · 14 Aprel 11:5300

    silinməyib

    Cavab yaz
  • Anonim
    ela · 14 Aprel 12:5800

    ela edib pozublar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.