Maraqlı

Mask vakuum qatarı üçün tunelin ilk sınağına hazırlaşır

12 Aprel 2018 22:15
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" və "Tesla" rəhbəri Elon Mask yaxın vaxtlarda "Hyperloop" yüksəl sürətli nəqliyyat sistemi üçün nəzərdə tutulmuş tuneli sınaqdan keçirəcəklərini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, E. Mask bunu "Twitter"də yazıb. O bildirib ki, sınaq zamanı vakuum tunelinin daxilində hərəkət edəcək kapsulun sürəti saatda 500 km və ya səs sürətinin yarısına çatmalıdır. Tormozlama yolu 1,2 km təşkil edəcək. E. Mask tunelin məsafəsinin böyük olmadığını, bu səbəblə kapsulun dağıla biləcəyini söyləyərək əlavə edib ki, istənilən halda sınağı izləmək əyləncəli olacaq.  

Qeyd edək ki, "Hyperloop" E. Mask tərəfindən 2013-cü ildə hazırlanmış nəqliyyat sistemi ideyasıdır. Layihə içərisində vakuum qatarı - aerodinamik yastıq üzərinə yerləşdirilmiş germetik kapsulun olacağı polad borulardan ibarətdir. Qatarın sürəti saatda 1220 km-ə çatmalıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.