Maraqlı

Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır?

12 Aprel 2018 21:45
0 Şərh     Baxış: 1 012

Hal-hazırda müqəddəs Kəbə evinin yaxınlığında yerləşən Zəmzəm quyusunun tarixi çox qədimdir. Həzrət İbrahim Peyğəmbər (ə) körpə oğlu İsmayılı (ə) anası Hacərlə birlikdə indiki Məkkə ərazisində buraxıb getdikdən sonra Allahın əmri ilə İsmayılın (ə) ayaqları altından Zəmzəm bulaq çağlamışdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, sonralar bulağın yeri unuduldu. Nəhayət, Həzrət Mühəmməd Peyğəmbərin (s) babası Əbdülmüttəlib yeri qazıyıb Zəmzəmi tapdı. O zamandan bəri Zəmzəm içməli su quyusu kimi istifadə edilir. Cahiliyyə dövründə Məkkəyə gələn hacıları Zəmzəm suyu ilə təmin etmək şərəfli vəzifələrdən sayılırdı, bu hüquq Qüreyş qəbiləsinin böyüklərinə məxsus idi. Zəmzəm quyusu üstündən əsrlər keçməsinə baxmayaraq qurumur və bu su heyrətamiz dərəcədə safdır, həm də şəfaverici xüsusiyyətə malikdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.