Maraqlı

Bu qidalar beyni stresdən qoruyur

12 Aprel 2018 23:50
0 Şərh     Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Beynin fəaliyyətini yavaşladır. Hətta unutqanlığa da səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlərin müşahidələrinə görə, bəzi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir:

1. Çuğundur

Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.

2. Nar

Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.

3. Sarıkök

Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi "kurkumin" beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.