Maraqlı

Körpələri telefon və televizordan uzaq tutun

12 Aprel 2018 21:55
1 Şərh     Baxış: 1 846

Artıq Avropa və Amerikada aparılan tədqiqatlar müasir uşaqlarda ildən-ilə artan Virtual Autizm sindromunun səbəbinin planşetlər, televizor və telefon olduğunu təsdiqləyir. Rusiyanın məşhur pediatrı Komarovskiy öz bloqunda valideynlərə çağırış edib.
" 2 yaşına kimi uşaqları jadjetlərdən, telefon və planşetdən uzaq tutun".

3-6 yaşlı uşaqların isə virtual reallıqda olma müddəti gündə 1-2 saatdan artıq olmamalıdır. Yalnız 6 yaşından sonra uşaqlara elektron cihazlarda proqramlara baxmaq icazə verilə bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rumıniya Autist uşaqlar Mərkəzi apardıqları araşdırmalarla sübut edib ki,  90% uşaqlarda 2-3 yaşında autistik pozğunluqların baş verməsi faktoru işə düşür. Gündə 4-5 saat televizor və planşetə baxan uşaqlarda virtual autizm inkişaf edir.

0-2 yaş arası körpələrin elektron gadjetlərə baxçası onların beyninə və psixikasına dağıdıcı təsir göstərir.  Psixoloq Marius Zamfir öz araşdırması barədə danışarkən bunları qeyd edib:

"Gündə 4-5 saat ekran qarşısında əyləşdirilən körpələrdə psixomotor və danışıq funksiyasında tormozlanma və geriləmə müşahidə olunub. Ekran qarşısında keçirilən hər artıq saat ciddi əqli geriləmə və autizmə bir addım yaxınlaşmaq deməkdir.  Klassik autizmlə virtual autizmi fərqləndirmək çətindir: hər ikisində uşağın ətrafa uyuşması çətinləşir, bir yerə baxma, eyni sözləri təkrarlama, oynadığl oyun və baxdığı cizgi filmlərinin personajlarının sözlərini, hərəkətlərini təkrarlama olur. Bİrcə fərq var: klassik autizmdə bioloji nevroloji geridə qalma faktı var, digərində virtual reallıqdan qaynaqlanan neyroinkişafın geriləməsi baş verir. Bioloji pozuntuda sinapslar demək olar bərpa olunmur, virtual autizmdə uşağı vaxtında virtuallıqdan ayırıb, neyronları stimulyasiya etməklə bərpa etmək şansı var.

Təbiətin qanununa görə, uşaq sözlərin mənasını predmetlər, insanların hərəkəltəri, sözləri, izahı ilə öyrənir. Hərəkətləri isə canlı insanın nümunəsində görüb götürməlidir. Uşağın beyni predmet və insan toxunuşu olmadan düzgün inkişaf edə bilməz. Ekrandakı işıq və görüntü, səs uşağın diqqətini çəkə bilər, amma onun beyninə düzgün təsir etmir. Ekranda baş verənlər uşağı o qədər özünə çəkir ki, o artıq ətrafda baş verənlərə qarşı diqqət yetirmir. Axı ekranda hər şey daha cəlbedici, səs-küylü, rəngli və sürətlidir. Kadrların sürətlə dəyişməsi uşaqda neqativ və ağrılı emosiyalar yaradır, onu aqressivləşdirir, idarəolunmaz həddə kimi gətirir. Ona görə 0-2 yaşına kimi körpələri tamamilə  elektron texnikadan, gadjetlərdən uzaq tutub, onları təbiət, ailə, insanlar və reallıqla təmasda böyütmək lazımdır.

Virtual autizmin yayılmasının qarşısını almaq üçün ailələr övladlarını televizor və telefondan uzaq tutmalıdır. Əks halda 10 ildən sonra hər ailədə autist uşaq böyüyəcək

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonimka · 14 Aprel 19:2100

    Bugün uşaq səs salmasın, evdə nadinclik etməsin deyə uşağa verilən telefon, planşet və s. sabah valideynlərin yolunu nevropataloqa, psixoloqa, loqopedə, oftalmoloqa və s. aparır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.