Maraqlı

Azərbaycanda özlərini satan kişilər - FOTO

24 Mart 2018 16:56
4 Şərh     Baxış: 8 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər Azərbaycanda sosial şəbəkələrin inkişaf tempi artdıqca bu şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edən şəxslərin də sayı artmaqdadır.

Sosiallaşmaq, xəbər oxumaq, gündəmdə baş verən hadisələrə münasibət bildirmək məqsədləri ilə yanaşı, tanışlıq məqsədi güdənlərin də azlıq təşkil etmədiyi bəlli həqiqətlərdəndir.

Öncələr müxtəlif "wap" saytlarındakı çatlardan istifadə edən bu kütlə, indi sosial şəbəkələrdən və hətta elan saytlarından istifadə etməyi üstün bilir.

Maraqlı olan bir digər məqam isə, tanışlıq üçün heç bir əhəmiyyət kəsb etməyən elan saytlarıdır. Artıq bu saytlarda evini, maşınını, telefonunu və ya şəxsi əşyasını satmaq istəyənlərlə yanaşı "Varlı qız axtarıram" elanlarını da görmək mümkündür.

Milli.Az bildirir ki, azxeber.com-un apardığı kiçik araşdırma zamanı bəlli oldu ki, elan saytlarında yerləşdirilən bu fotolardan çox insanın xəbəri yoxdur. Yəni şəxs özü saytda yerləşdirilən elandan xəbərsizdir və bunun necə baş verməsi haqqında fikri yoxdur. Ancaq öz istəyi ilə bu elanları yerləşdirənlərin də sayı azlıq təşkil etmir.

Elanlar daha çox ölkə üzrə məşhur "tap.az", "elan.az" kimi saytlarda yerləşdirilir.

Elanlar arasında diqqətimizi çəkən məqam isə bir çoxlarının imkanlı xanımlarla ailə qurmaq istəmələridir. Bu cür elan yerləşdirən şəxslər açıq şəkildə bu istəklərini ifadə edir və onlarla münasibət qurmaq istəyən xanımların zənglərini gözlədiklərini yazırlar.

Həmin elanlardan bəzilərini diqqətinizə çatdırırıq:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.