Maraqlı

"Ərinə yaraşmırsan" deyənləri cavabı ilə susdurdu - FOTO

23 Mart 2018 22:04
4 Şərh     Baxış: 3 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 yaşlı Jenna Kaçer adlı bloqqer izləyicisinə verdiyi cavabla gündəmə çevrilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 11 ildir fitnes müəllimi Dryu ilə evli olan Jenna əri ilə çəkilmiş şəkillərini tez-tez sosial mediada paylaşır.

Zamanla kök olduğu üçün tənqid olunan və ərinə yaraşdırılmayan Kaçer bu kimi şərhlərə fikir vermədiyini söyləyib.

Lakin bir gün izləyicilərdən birinin "Dryu kimi kişinin səninlə olduğuna inana bilmirəm" deməsi bloqqeri çox əsəbiləşdirib.

O, izləyicisinin şərhinə yoldaşı ilə çəkilmiş bir şəklini paylaşıb və belə cavab yazıb:

"Mən də əvvəllər ona yaraşmadığımı düşünürdüm. Özümü zəif hiss edirdim. Amma bu 11 ildə Dryu məni olduğum kimi qəbul etdi və sevdi. Onun sayəsində özügüvənim artdı. Əgər siz də "Həqiqi sevgi bədən ölçüsü tanımır" deyə düşünürsünüzsə, fotoya "like" qoyun".

Jennanın şəkli qısa zaman ərzində minlərlə bəyənmə toplayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.