Maraqlı

X hərfi niyə həmişə məchul ədədləri təmsil edir?

24 Mart 2018 20:55
1 Şərh     Baxış: 4 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta məktəbdə həmişə ağlımda qalan bir sual olub, istər kursda istər universitet dönəmində heç bir müəllim bunun cavabını mənə açıqlamayıb.

Dünyada o qədər hərf varkən, niyə həmişə X məchul ədəddir? Yəni X-i məchul etməyin səbəbi nədir?

Milli.Az banco.az-a istinadən bildirir ki, Nyu York'da yerləşən Radius Foundation'ın meneceri Terry Moore öz internet saytında elm istiqamətində araşdırmalar aparır, çox güman ki araşdırması zamanı X-in niyə məchul olduğunu kəşf edib.

Bizim eradan əvvəl ilk əsrlərdə Türklər, Farslar və Ərəblər ərəbcə də əl-cəbr adlandırılan və bizim dildə cəbr mənasına gələn riyaziyyat sistemi qurulur.  Terry Moore 4 dəqiqəlik çıxışında X hərfinin bilinməyəni təmsil etməsinin səbəbini Ərəbcə, İspanca və Latın dilində riyaziyyat elminin inkişafı və öz dillərinə tərcüməsi zamanı meydana gəldiyini deyir.

Əslində illərdir, cavabın taba bilmədiyim bu sualı Terry Moore-un Tedx çıxışına baxdıqdan sonra öyrəndim. Bəyəndiyim ən yaxşı Tedx təqdimatlarından olan və boş vaxtlarımda izlədiyim tək-tük videolardan biri olan bu çıxışı sizlərlə paylaşmağı düşündük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.