Maraqlı

Amerikalıların başları bəladan açılmır - VİDEO

22 Mart 2018 21:48
1 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 3 həftədə dördüncü qar fırtınasının yaşandığı ABŞ-ın şimal-şərq bölgəsində 70 milyon insanın əziyyət çəkdiyi bildirilib. Fırtına səbəbindən 4 mindən çox təyyarə reysi ləğv edilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünən gecə Filadelfiya və Vaşinqtonda başlayan intensiv qar və fırtına səhər saatlarında Nyu-Yorka çatıb. Paytaxt Vaşinqtonda bu gün federal hökumət və dövlət qurumlarının qapalı olduğu bildirilib və hər üç şəhərdə məktəblər tətil edilib.

Qar fırtınası nəqliyyata mənfi təsir edib. Nyu-Cersi ştatında və Nyu-York şəhərində qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib. Bu gün 9 min 800 aviareysdə gecikmə baş verərkən, 4 min 800 reys ləğv edilib.

Qeyd edək ki, ABŞ-ın şimal-şərqində 3-8-13 mart tarixlərində baş verən fırtınalarda 9 mindən çox uçuş ləğv edilmiş, 2 milyon insan işıqsız qalmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Amerikalıların başları bəladan açılmır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.