Maraqlı

Mavi rəng sakitliyin rəngidir

22 Mart 2018 22:35
1 Şərh     Baxış: 3 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin araşdırmaları mavi rəngin insana sakitlik bəxş etdiyini dəfələrlə sübüt etmişlər. Sübüt olunmuşdur ki, mavi rəng arterial təzyiqi aşağı salır, ürək döyüntülərini azaldır, gərginliyi aradan qaldırır. Maraqlı bir fakt da aşkar edilmişdir. Hər il yer kürəsi əhalisi arasında aparılan sorğuların nəticələrinə görə əksər insanların xoşladığı rəng mavi rəngin olduğu məlum olmuşdur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəlkə də insanları dəniz sahilinə meyl etdirən dənizin mavi olmasıdır.
İnsanlar dəniz sahilinə istirahət etmək üçün gedirlər. Dənizin mənzərəsi milyonlarla adamı özünə valeh edir. Təbiətin insanlara bəxş etdiyi bu mavi gözəllik insan beyninin ən əlçatmaz nöqtələrini riqqətə gətirir, insanın ruhunu təzələyir və emosiyalarına harmoniya qatır. Bir sözlə dənizin mavi rəngi insana özünü xoşbəxt hiss etdirir.
Əgər öz fikirlərinizlə tək qalmaq istəyirsinizsə dəniz mənzərəsi seyr edin. Dalğaların şırıltısına qulqa asın. Çünki  su səsi insanın əsəblərini sakitləşdirir.
Su həyatdır. Çalışın həyatınızdan zövq alın!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.