Maraqlı

Xoşbəxtlik hissi sağlamlığa necə təsir edir?

22 Mart 2018 21:15
1 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Viskonsin-Madison Universitetinin psixoloqlarından ibarət tədqiqat qrupu araşdırmalar nəticəsində müəyyən edib ki, müsbət əhval-ruhiyyə və qan təzyiqi, qanda şəkərin miqdarının və ürək-damar xəstəlikləri riskinin azaldılması arasında birbaşa əlaqə mövcuddur. Lakin xoşbəxtlik hissinin insanların tarixi ənənələri, mentaliteti ilə bilavasitə bağlı olduğu da aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "New York Times" qəzetində dərc olunmuş məqalədə ötən il Viskonsin-Madison Universitetinin tədqiqat qrupunun Birləşmiş Ştatlar və Yaponiyada apardığı araşdırmaların maraqlı nəticələri açıqlanıb. Tədqiqatlar 1017 amerikalı və 374 yaponiyalı üzərində aparılıb. Yüksək əhval-ruhiyyənin qan təhlilləri vasitəsilə sağlamlığa təsiri iki xalqın nümayəndələri arasında mentalitetdən irəli gələn fərqli nəticələri üzə çıxarıb. Belə ki, Şərqi Asiya mədəniyyətində insanlar xoş emosiyaların qaranlıq tərəfi olduğunu da düşünürlər. Ona görə sizinlə söhbət əsnasında gülən və sözlərinizi başı ilə təsdiq edən yapon əslində öz problemləri haqqında düşünür.

Analoji tədqiqatlar Stanford Universitetinin tədqiqatçıları tərəfindən 690 Çin və ABŞ vətəndaşı üzərində də aparılıb. Amerikalılar müxtəlif söhbətlər zamanı xoş əhval və minimum mənfi hisslər nümayiş etdirsə də, çinlilər bir qayda olaraq qarışıq emosiyalar göstəriblər. Alimlər bunun sirrinin ABŞ vətəndaşlarında fərdilik hissinin güclü olmasında görürlər. Belə ki, fərdilik hissi yalnız öz problemlərini pozitiv prizmadan düşünməyə, çinlilərdə olan kollektiv məsuliyyət hissi isə mənsub olduğu qrupun mənafeyini fikirləşməyə vadar edir.

Ötən il Böyük Britaniyada 7 min qadının cəlb edildiyi sorğunun nəticələri göstərib ki, ingilislərin coğrafi şəraiti, mentaliteti və düşüncə tərzi baxımından yaxşı əhval-ruhiyyə ilə uzunömürlülük arasında heç bir əlaqə yoxdur. Optimist olmağa çalışan amerikalılardan fərqli olaraq, "Dumanlı Albion"un sakinləri rəsmi və soyuqqanlı olmağı xoşlayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.