Maraqlı

Facebook-u silmək vaxtıdır?

22 Mart 2018 20:40
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook"un 4 il öncə 19 milyard dollara aldığı messajlaşma şirkətinin təsisçilərindən olan Brayn Akton "Facebook"dan istifadə etməyin dayandırılmasının vaxtı çatdığına inanır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, Brayn bu barədə "Twitter"də çox uzatmadan qısa bir tweet edib: "It is time. #deletefacebook" (Vaxtdır. #facebookusilin).

Qeyd edək ki, Donald Trampın prezidentlik kampaniyasına dəstək verən və prezidentlə əlaqələri olan məlumat-analitika şirkəti "Cambridge Analytica" "Facebook"la əməkdaşlıq edərək 50 milyon Facebook istifadəçisinin şəxsi məlumatlarından icazəsiz istifadə edilməsi nəticəsində dünya mediasında qalmaqal yaranmışdır. Maraqlı tərəfi budur ki, Facebook-un təsisçisi Mark Zukerberq yaranmış məsələ ilə bağlı münasibət bildirmək istəmir və ortada görsənmir. Nəticədə, "Facebook"un səhm dəyəri 10% aşağı düşmüş və "deletefacebook" həştəqi istifadəçilər arasında gündəmə çevrilmişdir.

"Facebook" Aktonun da təsisçisi olduğu mesajlaşma mobil tətbiqi olan "WhatsApp"ı 2014-cü ilin fevral ayında 19 milyard dollara satın aldı və bu, "Facebook"un tarixində ən böyük anlaşma hesab edilir. Akton 2017-ci ilin sentyabr ayında "Facebook"dan ayrılaraq şəxsi qeyri-kommersiya şirkətini təsis etdi.

Aktonun digərlərini "Facebook"u silməyi məsləhət gördüyünü və ya sadəcə olaraq özünün silmək planının olmasını bəyan etməsi tam bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.