Maraqlı

Araşdırmalar zamanı ən duzsuz çörəyə Çində rast gəlinib

21 Mart 2018 15:03
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Duz və Sağlamlıq Hərəkatının araşdırmasına görə, bəzi çörəklərin tərkibindəki duzun miqdarı dəniz suyundakı duzun miqdarına yaxındır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Londonun Kraliça Meri Universiteti ilə birgə aparılan tədqiqat zamanı çörəyin tərkibi araşdırılıb.

Tədqiqat zamanı 32 ölkədə müxtəlif un növündən hazırlanmış iki mindən çox çörəyin tərkibindəki duzun miqdarı araşdırılıb.

Ölkələr arasında ən yüksək duz miqdarı hər yüz qramında 1,42 qram duz olan Makedoniyanın ağ undan bişirilmiş çörəklərində aşkarlanıb. Ən az duzsuz çörəyə isə Çində rast gəlinib. Belə ki, asiyalıların çörəyinin hər 100 qramına 0,65 qram duz əlavə olunub.

Basmati növündən olan və kəpəkli çörəklərin digərlərinə nisbətən daha duzlu olduğu, qarışıq taxıllıların isə ən az duz miqdarı ( hər 100 qramında ortalama 1,02 qram) ehtiva etdiyi məlum olub.

Ən çox duza isə Kanadada istehsal olunan bir çörək növündə rast gəlinib - hər 100 qramında 2,65 qram duz. Bu miqdar hər 100 qramında 3,5 qram duz olan dəniz suyuna olduqca yaxındır.

Dünya Səhiyyə Təşkilatı günlük duz miqdarının böyüklərdə 5 qramı, 7 yaşından kiçik uşaqlarda isə 2 qramı keçməməsi haqqında xəbərdarlıq edib.

Tədqiqatlar çörəyin tərkibindəki duz miqdarının 6 həftə ərzində mərhələli şəkildə 25 faiz azaldılmasına rəğmən, alıcıların fərqi hiss etmədiyini də üzə çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.