Maraqlı

Elon Mask: "Atam şeytandır"

20 Mart 2018 10:31
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam şeytandır".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "SPACEX" və "Tesla" şirkətlərinin sahibi Elon Mask "Rolling Stones" jurnalına verdiyi müsahibəsində deyib.

"Atam şeytanın hazırladığı ideal bir maketdir. O, ağlınıza gələ biləcək hər cür vəhşiliyi edə biləcək bir şəxsdir. O qədər vəhşidir ki, siz buna inana bilməzsiniz" - deyə Elon Mask bildirib.

Dietoloq və model kimi çalışan anasının da onunla yaxından maraqlanmadığını vurğulayan iş adamı valideynlərindən daha çox, kitablar, xüsusilə də İsaak Asimovun əsərlərindən tərbiyə aldığını etiraf edib.

Mədənçilik və inşaat sektorunda 30 yaşı olmadan milyonçu olan Errol Mask isə oğlunun müsahibəsi barədə fikirlərini söyləyib: "Həyatda ən böyük vəhşiliyim, evimə silahlı basqın edən 6 nəfərdən 3-nü öldürməyimdir, ancaq məhkəmə mənə bəraət verdi. İşlərimizin çoxluğu ilə əlaqədar nə mən, nə də Maye uşaqlarımızla çox maraqlana bilməmişik. Elon hələ böyüməlidir. Özünü uşaq kimi apardığı üçün indi məni şeytan adlandırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.