Maraqlı

Təzə maşın qiymətinə konfet

17 Mart 2018 23:33
0 Şərh     Baxış: 2 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən bahalı konfeti Portuqaliyanın Obiduş şəhərində keçirilən şokolad festivalında nümayiş etdirilib. Bu şirniyyatın qiyməti 7728 avrodur.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Portuqaliyalı şirniyyat ustası Daniel Qomeşin hazırladığı konfet romb şəklindədir.

Konfetin qiyməti onun inqrediyentlərinə görə bahadır. Bura zəfəran, ağ trüfel, Madaqaskar vanili və s. daxildir.

Portuqaliyalı ustanın hazırladığı konfet şüşənin arxasından nümayiş etdirilib və təhlükəsizlik xidmətinin nəzarəti altında olub.

Konfetdən cəmi min ədəd buraxılıb. Onlar BƏƏ, Anqola, Argentina və Rusiyaya göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.