Maraqlı

Hamiləlikdə hansı qanamalar normaldır?

20 Mart 2018 23:50
0 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik zamanı qanamalar normaldırmı? Qanamalar körpəyə və anaya zərərlidirmi? Anaların maraqlandığı bu sualları qadın xəstəlikləri və doğum mütəxəssisi professor Bülənt Tıraş cavablandırıb.                     

Milli.Az lent.az-a istinadən xəbər verir ki, xüsusən hamiləlik dönəmində baş verən qanamaların heç birinə qadınlar adi hal kimi yanaşmamalıdırlar. Çünki həkim müayinədən sonra qanamanın normal olub-olmadığına qərar verəcək.  Amma normal hesab edilə biləcək 2 qanama var. Biri implantasion qanamadı. Bu qanama embrionun uşaqlığın yuxarı hissəsində yerləşməsindən meydana gələn qanamadır. Bu qanamanın rəngi və həcmi menstriasiya qanamasından fərqlidi. Ancaq hamilələrin hər zaman bunun fərqinə varması mümkün deyil.  Çünki bu qanamanın baş vermə vaxtı menstruasiyanın başlanmasına yaxın bir vaxtda baş verir. Ancaq bu, menstruasiya deyil. Anaya və körpəsinə də hansısa zərər verə bilməz. Lakin bir narahatlıq var. Ana bunu menstruasiya hesab edib dölə ziyanlı olan hansısa dərmanlar ata, rentgen çəkdirə bilər. Odur ki, qadınlar buna diqqət yetirməlidirlər.                                  

Qanamanı ciddi qəbul etmək lazımdır                                                                         

Hamiləlikdə normal sayılan digər qanama hamiləliyin 37-ci həftəsində rastlana bilər. Bu, ləkə şəklində olan tünd rəngli qanamadı. Ancaq bu qanama çox nadir hallarda görünür. Bu qanamayla yanaşı az miqdarda olsa belə, yenə qanama baş verərsə, dərhal həkimə müraicət etmək lazımdır. Ümumiyyətlə, hamiləlik zamanı heç bir qanamanı normal hal kimi qəbul etmək olmaz.        

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.