Maraqlı

Hamilə qadınların menyusuna: faydalı qidalar

20 Mart 2018 19:50
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik zamanı nizamsız qidalanmaq ananın sağlığına ziyanlı olmaqla yanaşı körpənin də inkişafında problem yaradır. Yetəri qədər qidalanmamaq körpənin inkişafına nə cür mənfi təsir edirsə, həddən çox qidalanmaq da körpənin həddən artıq çəkidə doğulmasına və bəzi sağlıq problemlərilə qarşılaşmasına səbəb olur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iş xanımları hamilə olduqları zaman işdən baş aça bilmədikləri üçün balanslı şəkildə qidalana bilmirlər. Hamiləlik zamanı səhər yeməyi çox vacibdi. Səhər yeməyi zamanı yumurta, süd, pendir, çovdar və ya buğda unundan hazırlanmış çörək yemək xeyirlidi. Qan azlığı ilə problem yaşamamaq üçün tez-tez az da olsa yemək lazımdı. Sağlığınız üçün xeyirli olacaq qidalara süd, pendir, çörək, yoqurt, qoz, fındıq, badam daxildir. Daha çox vitamin qəbul etmək üçün qidanızda meyvə və tərəvəzlərin daim olmasına fikir verin. Meyvələr yaxşı yuyulduqdan sonra yeyilməlidir. Plov, makaron kimi qidalardan bir qədər uzaq olun. Bunların əvəzində qızardılmış ət, toyuq, balıq, bolluca tərəvəz və meyvə yeyin. Əgər süd içməyi xoşlamırsınızsa, bunun əvəzinə yoqurta, ayrana üstünlük verin. Həftədə 3-4 dəfə yumurta yeyin. Hamiləlik zamanı rast gəlinən qəbizlik halının qarşısını almaq üçün salat, qabığı soyulmamış meyvə və tərəvəzlər məsləhətlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.