Maraqlı

Evliliklər ilk gecəsindən bəlli olur

20 Mart 2018 13:20
7 Şərh     Baxış: 8 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni evlənən cütlüklərdə evlilik qorxusu ilə yanaşı, ilk toy gecəsi həyəcanı da yaşanır. İlk gecə qadında da, kişidə də fərqli qorxular yaradır. Həmin qorxuların qarşısını necə almalı, nə etməliyik?

Milli.Az lent.az-a istinadən bildirir ki, ilk gecə ilə bağlı bəzi şeylər həm qadının, həm də kişinin narahatlığına səbəb olur. Qadın üçün ilk cinsi əlaqədə çox ağrı hiss etmək, çox qanama olmağı, ya da heç qanama olmaması - bəkarətin sübutu kimi, kişilərdə isə sürətli ereksiya, yaxud əksinə, ereksiyanın baş tutmaması, yoldaşının cinsi ehtiyacını ödəyə bilməmək, penisin ölçüsü ilə bağlı bəzi sıxıntılar ön plandadır.

Səhv inanclardan qurtulmağın yolu

Səhv inancları dəyişdirmək və cütlükləri sakitləşdirmək olduqca çətindir. Məlumatsızlıq və qorxu ilə yaşanılan ilk cinsi əlaqə cütlüklərin bir-birinə olan sevgi və hörmətlərini itirmələrinə və təqsirlilik hissləri ilə bir-birilərindən uzaqlaşmalarına səbəb olur.

Cütlüklərin ilk gecədən mükəmməl evlilik və mükəmməl seks həyatı gözləməyi səhvdir. Yeni evlənənlər və ya evlənməyə hazırlaşanlar düzgün cinsi məlumatlar almalı, oxumalı və cinsi orqanlarını tanımalıdırlar. Üstəlik cütlük sekslə bağlı söhbətlər etsə, nələri xoşlayıb-xoşlamadıqlarını bildirsələr, daha yaxşı olar.

Cütlük bir-birini yetəri qədər tanıyar, ilk gecə ilə bağlı daha real gözləntilərə sahib olar və sadəcə həmin anlara diqqətini cəmləşdirib sevişməyin dadını çıxarar. Cütlük ilk gecə ilə bağlı boş-boş xəyallar qurmaqdansa, reallığa əsaslansalar, xəyal qırıqlığına daha az uğrayarlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.