Maraqlı

Elon Maskın sirli təşəbbüsü: Qalaktikalararası media imperiyası

20 Mart 2018 22:15
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" şirkətinin rəhbəri Elon Mask innovasion ideyalar həyata keçirməyə davam edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu dəfə məşhur iş adamı "Qalaktikalararası media imperiyası" yaratdığını açıqlayıb və onu "Thud" adlandırıb. Bu barədə o, "Twitter"də yazıb.

E. Maskın nümayəndələri təsdiqləyiblər ki, "Thud" onun yeni layihəsidir. Lakin onlar əlavə hər hansı məlumat verməkdən imtina ediblər. "GoDaddy" domen bazasında "thud.com" ünvanı qeydiyyatdan keçib, lakin onun sahibləri barədə məlumat yoxdur.  

Qeyd edək ki, daha əvvəl E. Maskın feyk (yalan) xəbərlər saytı "The Onion"u almaq istədiyi barədə xəbər yayılmışdı. Lakin bunun yerinə o, həmin saytın redaktorunu və aparıcı əməkdaşlarını gizli komediya layihəsi üçün işə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.