Maraqlı

Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

20 Mart 2018 17:15
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə "NHK" telekanalının məlumatında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, hökumət İqtisadiyyat Nazirliyinə şirkətlərə kömək etməyi, eləcə də müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmağı tapşırıb.
 
Ölkə nazirliyində belə qurğuların hazırlanması üzrə fəaliyyəti əlaqələndirəcək və təklif olunan texnologiyaları müzakirə edəcək Ekspertlər Şurasının yaradılacağı gözlənilir.
 
Qeyd edək ki, bundan əvvəl də uçan nəqliyyat vasitələrinin yaradılması üçün müxtəlif ölkələr tərəfindən səylər göstərilib. Məsələn, Yaponiyanın "Cartivator" şirkəti "Toyota Motor" avtomobil istehsalçısının iştirakı ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobil prototipi yaratmaq niyyətindədir. Bundan başqa, ötən il Almaniyanın "Daimler" konserni elektrik ötürücüsünə malik uçan taksinin hazırlanması ilə məşğul olan "Volocopter" startapına 25 milyon avro məbləğində investisiya yatırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.