Maraqlı

Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb - VİDEO

20 Mart 2018 13:15
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ellumi" lampasının yaradıcıları iddia edirlər ki, yeni lampa otaqdakı mikrob və başqa zərərli orqanizmlərin 99%-ni məhv edəcək. Bu halda sözügedən lampa böyüklər, uşaqlar və heyvanlar üçün təhlükəsizdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Ellumi" lampasında ultrabənövşəyi və kimyəvi maddələrdən istifadə etmədən adi işıq diodlarına əsaslanan "VioSafe" texnologiyası tətbiq edilib. Texnologiya müəyyən dalğa uzunluqlu, insan üçün təhlükəsiz, amma bakteriya, kif, göbələk, mikroblar üçün zərərli olan işıqla işləyir.

"Ellumi" lampası dezinfeksiyadan başqa otağı işıqlandırır. Şirkətin nümayəndəsi bildirib ki, bu lampanı istənilən otaqda yerləşdirərək evi mikroblardan qorumaq olar. Görünüşcə adi işıqlandırma elementinə bənzəyən lampanın işləmə müddəti 36 min saat üçün hesablanıb.
 
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.