Maraqlı

İmmun sisteminizi bu üsulla yeniləyin

18 Mart 2018 22:40
0 Şərh     Baxış: 2 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmmun sistemi bizi tək virus və mikroblardan deyil, xərçəngdən və bir çox digər ağır xəstəliklərdən qoruyur.

Milli.Az maide.az-a istinadən bildirir ki, bu səbəbdən immun sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq olduqca vacibdir. Bunun üçün nə etmək lazımdır?
 
Alimlər sübut edir ki, heç bir dərman, vitamin və s. bu kimi vasitələrin köməyi ilə immuniteti möhkəmləndirmək mümkün deyil. Sağlam qidalanma və həyat tərzi güclü immun sisteminin əsas mənbələridir.
 
Cənubi Kaliforniya (ABŞ) Universitetinin alimləri son elmi araşdırma zamanı aşkar ediblər ki, qızamüddətli aclıq immun sisteminin yenilənməsinə kömək edir.
 
Maide.Az "saglamolun.az"-a istinadən xəbər verir ki, alimlər xüsusi eksperiment aparıblar. Eksperiment iştirakçıları yarım il ərzində müəyyən fasilələrlə 2-4 gün ac qalıblar.
 
Analizlər göstərib ki, aclıq zamanı orqanizm özü-özünü bərpa etməyə başlayır, zədələnmiş hüceyrələrdən (o cümlədən xərçəng hüceyrələrindən) azad olunur. Həmçinin bu zaman çoxlu sayda leykositlər (immun hüceyrələri) dağılır. Bu isə immun sistemində yenilənmə proseslərini sürətləndirir.
 
Bundan əlavə qısamüddətli aclıq zamanı orqanizm ehtiyatda olan qlükoza, ketonlar, piyləri istifadə etməyə başlayır.
 
Analizlər göstərib ki, eksperiment iştirakçılarının bədənində proteinkinaza A elementinin azalması müşahidə olunur. Bu elementin orqanizmdə artması xərçəngin riskini artırır.
 
Bundan əlavə qısamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylərin səviyyəsini azaldır və orqanizmdə qocalma proselərini ləngidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.