Maraqlı

Apple-in nüfuzu aşağı düşüb

17 Mart 2018 08:59
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Harris Poll Reputation Quotient" tərəfindən 25800 nəfər arasında keçirilmiş sorğunun nəticəsinə istinadən "Röyters" agentliyi yazır ki, istehlakçılar arasında "Apple"ın nüfuzu kəskin aşağı düşüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ən yaxşı korporativ brendlər reytinqində "Apple" 29-cu pilləni tutub. Xatırladaq ki, adıçəkilən şirkət 2017-ci ildə 5-ci, 2016-cı ildə isə 2-ci yerə layiq görülmüşdü. "Amazon" artıq üçüncü il ardıcıl olaraq ilk pilləni tutur.

"Google" (28-ci yer, halbuki 2017-ci ildə 8-ci olub), "Coca-Cola" (27), "LG" (25), "Netflix" (21), "Microsoft" (11) və "Tesla" (3) şirkətləri, həmçinin "Apple"dan öndə olublar. Ən yaxşı nüfuza malik brendlərin reytinqinə, həmçinin "Samsung" (35), "Toyota" (42), "Facebook" (51), "Uber" (76) və "Takata" (100) daxil edilib.

"Harris Poll"un rəhbəri Con Qerzema "Apple" və "Google" şirkətlərinin nüfuzunun azalmasını istehlakçıları cəlb edən yeni məhsulların yoxluğu ilə izah edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.