Maraqlı

“Apple”in kompüterləri ən etibarlıdır - REYTİNQ

17 Mart 2018 08:45
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Apple" şirkəti daha etibarlı kompüterlər istehsal edir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə kompüterlərin təmiri ilə məşğul olan "Rescuecom" şirkəti öz hesabatında bildirib.

Şirkət öz servisinə müraciətlər əsasında toplanmış məlumatlarla reytinq tərtib edib. Kupertinyodan olan şirkət etibarlılıq reytinqində A+ alıb və onun etibarlılıq göstəricisi 665 xal olub.

İkinci yerdə A- reytinqi ilə Cənubi Koreyanın "Samsung" şirkəti qərarlaşıb və onun etibarlılıq göstəricisi 270 xal təşkil edib.

Üçüncü yerdə "Lenovo", sonrakı yerləri müvafiq olaraq "Microsoft", "Dell", "Acer", HP və "Asus" şirkətləri tutub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.