Maraqlı

"7 il əvvəl yenidən doğuldum" - İbrahim Tatlıses - VİDEO

14 Mart 2018 23:12
0 Şərh     Baxış: 1 870

Müğənni İbrahim Tatlıses İnstaqramda maraqlı paylaşım edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 7 il əvvəl silahlı hücum nəticəsində sağ qaldığını qeyd edib.

O, tortun üzərində şamları üfürərkən çəkilmiş videosunu "7 il əvvəl yenidən doğuldum" qeydi ilə hesabında izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, 2011-ci ilin bu günü İbrahim kanallardan birindən çıxıb avtomobilinə əyləşərkən başqa bir maşın tərəfindən 11 dəfə atəş açılması nəticəsində ağır yaralanmışdı. O, uzun müddət xəstəxanada müalicə almışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.