Maraqlı

Hillari Klinton qalada yıxıldı - VİDEO - FOTO

14 Mart 2018 10:33
2 Şərh     Baxış: 2 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yenə zədələnib, travma alıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Racastan ştatındakı Codhpur şəhərində, Umayd-Bhavan sarayında baş verib.

2016-cı ildə ABŞ prezidentliyinə namizəd olmuş 70 yaşlı H.Klinton sarayın ərazisindəki Tac Mahal qalasında olarkən pilləkənlərdən yıxılıb.

Onun ayağı büdrəyib və səndələyib. Yanındakı şəxslər onun qolundan tutublar. Az sonra H.Klinton ikinci dəfə yıxılıb.

2016-cı ilin sentyabrında H.Klinton Nyu-Yorkdakı 9/11 memorialında yıxılmışdı.

2017-ci ilin payızında Hillari Klinton Londondakı oteldə də yıxılmış, sol ayağındakı barmağını sındırmışdı.

Hindistandakı olayda Hillari Klinton sol qolundan travma alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hillari Klinton qalada yıxıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.