Maraqlı

Toyuq əzəlidir, yoxsa yumurta? – AXIR Kİ, CAVAB TAPILDI

13 Mart 2018 22:02
20 Şərh     Baxış: 7 504

Novruz bayramının ən gözəl adətlərindən biri yumurta boyamaqdır. Elə bir novruz xonçası olmaz ki, orada əl-əlvan boyanmış yumurta olmasın. Həmçinin yumurta döyüşdürmək də Novruz adətləri sırasındadır. Xüsusilə də uşaqlar yumurta döyüşdürməkdən böyük zövq alırlar. Bəs görəsən yumurta boyamağın və döyüşdürməyin xüsusi mənası varmı və bunlar nə məqsədlə həyata keçirilir?

Milli.Az lent.az-a istinadən Milli kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun bununla bağlı maraqlı məlumatlarını diqqətinizə çatdırır.

Toyuq yumurtası bir çox xalqların bayramında süfrələri bəzəyir. Demək olar ki, dünyada mövcud olan bütün kosmoqonik əsatirlərin hamısında yumurta varlığın əsasını qoyan, cansız aləmdən canlı aləmə keçid simvolu kimi göstərilmişdir. Belə hesab edilir ki, əgər uşağı olmayan qadın yuxuda yumurta görürsə, onda həmin qadın tezliklə hamilə olar: "Qırmızı rəngə boyadılmış yumurta günəşi ifadə edir. Yaşıl rəngə boyanmış yumurta bitki aləmini, göy rəngə boyanmış yumurta isə səmanı əks etdirir. Yumurta bayramda təkcə qida deyil. O, bayram süfrəsini bəzəməklə yanaşı uşaqlar və gənclər arasında keçirilən oyunlarda oyuncaq rolunu oynayır. Məsələn, Pasxada "yumurta vurma", azərbaycanlılarda isə bu oyun "Yumurta döyüşdürmək" oyunu adlanır. Yumurta sözü yumru, dairəvi sözündən əmələ gəlmişdir ki, bayramlarda yumurtanı yerlə, torpaqla müqayisə edirlər. Yer kürəsinin yumru formada olması haqqında məlumat bizə şumerlərdən qalıb. Alimlər bizi şumerlərin birbaşa nəsli hesab edirlər. Yeri gəlmişkən, Novruz ənənəvi fəlsəfi "Toyuq əzəlidir, yoxsa yumurta?" sualına çox gözəl cavab verir. Yəni Novruz bayramı mərasimi sübut edir ki, cansızdan canlıya doğru keçid simvolu kimi yumurta əzəlidir. Məsələ ondadır ki, yumurta bir tərəfdən cansız, digər tərəfdən isə canlıdır, yəni cansızla canlı arasındakı formadır və canlıdan əvvəldir. Yumurta döyüşdürmək oyununun da əsas məqsədi bunu yoxlamaqdır. "Canlıdır, yoxsa cansızdır" deyə sanki yumurtanı qırıb yoxlayırlar. Bundan başqa hər şeydən əzəli yerdir (torpaq) ki, bu da ən ilk və ən böyük yumurtadır".

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Prince of Persia · 13 Mart 22:21135

    Toyuq (Lelekliler,quşlar) yaranandan da milyon iller evvel yumurta var idi.Mes. dinozavrların, ya olsun sürünenlerin. Yumurta toyuqdan hardasa 1milyard 740 milyon il evvel yaranıb...

    Cavab yaz
    • Anonim
      Sema · 13 Mart 22:48710

      Maraqlidir onda gunew wuasi yumurtani isidib sonra yumurtadan cuce cixib zennimce toyuq evvel yaranib cunku butun varliqlar kimu cut yaraniblar mayalanma zamani yumurta yaranib sonra

      Cavab yaz
      • Anonim
        Prince of Persia · 13 Mart 23:12134

        Salam. İlk toyuqlar cemi 150 milyon il evvel formalaşmağa başlayıb. Halbuki Paleozoy erasında 360 milyon il qabaq ilk qabıqlı yumurtaya rast gelinir. Ümumiyyetle ise yumurta 1,2-2 milyard ildir var.

        Cavab yaz
    • Anonim
      LADY- L · 13 Mart 23:46108

      Persiyali, olsun ki, dinozavra aid yumurta toyuqdan evvel movcud olub. Amma bu o demek deyil axi toyugun da yerine dinozavr yumurtlayib ) Toyuq evvel yaranib yoxsa yumurta sualini verenler toyuqla dinozavr yumurtasini nezerde tuturlar meger ?) Toyuqla toyuq yumurtasini nezerde tuturlar da. Lap deyek ki , dinozavrlara gore yumurtanin toyuqdan evvel yarandigini qebul eleyirsiz. Ele ise nece fikirleshiriz ,dinozavr evvel yaranib yoxsa yumurta ?)

      Cavab yaz
      • Anonim
        Prince of Persia · 13 Mart 23:5295

        Xanım, İqlimle elaqedar son dinozavrlarda lelekler meydana çıxmağa başlamışdı.Artıq o yumurtalardan yarılelekli canlı çıxırdı.Sonra ise tedricen tam lelekli növler yaranıb

        Cavab yaz
      • Anonim
        Prince of Persia · 13 Mart 23:5364

        Bu artıq başqa sualdır.

        Cavab yaz
        • Anonim
          LADY- L · 14 Mart 00:2956

          Dolayisiyla dinozavr novunden toyugun emelegelme ehtimalini deyirsiz ) N qeder benzerliye baxmayaraq alimler illerdir ki, insanin meymundan yarandigini tesdiqleye bilmirler. Siz ise dinozavri toyuga calamaq isteyirsiz. Aglasigmazdir. Siz menim sualima cavab vere bilmediniz (

          Cavab yaz
          • Anonim
            Prince of Persia · 14 Mart 10:1753

            Insan meymundan yaranMAmışdır.O sadece indikinden qat-qat aşağı olmuş ve tedrici modifikasiya etmişdir.(şübhesiz,kosmik elaqeler de olmuş).Alimler daim bax bu fikirdedirler.Bunu meymun kimi anlayanlar ise meymundan daha aşağı şüur seviyyesinde olanlar ve fanatiklerdir.Bu çoxdan qebul ve sübut edilibdir ...Qaldı ki dinozavr formalarından (pulcuqlulardan ) Leleklilerin yaranmasına, bu adi Heqiqeti anlamaq üçün size "Geologiya ensiklopediyası"nı meslehet görürem.Mütleq oxuyun,xanım. Mütleq..

            Cavab yaz
          • Anonim
            Prince of Persia · 14 Mart 10:1752

            Sualın cavabı ise anlaşıqlılar üçün çox sadedir:Yumurta çox evvel yaranıb.

            Cavab yaz
            • Anonim
              LADY- L · 14 Mart 21:5301

              Gorunur oxudugunuz ensiklopediyanin boyuk hissesini elmi cehetden esaslandirilmish faktlar yox ferziyyelere esaslanan melumatlar teshkil eleyir. Men heyatinin duz 25 ilini bu saheye serf elmish taninmish tekamulcu alim Alan Fedussiadan sitat getirmek isteyirem. " 25 il quşların kəllə sümüklərini tədqiq etmişəm və dinozavrlarla aralarında heç bir oxşarlıq tapmamışam. Quşların dördayaqlılardan təkamül nəticəsində əmələ gəlməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük biabırçılığıdır " Diger alimlerin de bu barede olan fikirleri ancaq ve ancaq shexsi ferziyyelere esaslanir subutlara,faktlara yox. Qisacasi hec biri siz deyen fikirleri tesdiqleye bilen esasli fakt ortaya qoya bilmemishdir. Birisi deyib dinozavrlar agcaqanadlari qovarken tedricen ucmaga bashlayib o biri deyib budaqdan budaga tullanarken qanadlari inkishaf eleyib ve s. Butun bunlar sadece ferziyyelerdir. Men de size biliklerinizi subuta yetirilmish faktlar esasinda artirmagi meslehet gorurem, cenab )

            • Anonim
              Prince of Persia · 14 Mart 22:4600

              Fedussia tanınmış alim yox, sıradan bir ornitoloqdur. Bu cür yüngül başlar yalnız en axmaq ve xeste insanlara menevi qida vermek üçün yaşayan bedbextlerdir. Belelerini möteber menbe sanmaq ise bir az sadelövh davranışdır. Tekamül qelebe çalacaq. Bütün imperialistlerin ve onların avam sürülerinin "Sayıqlama"nı müdafie etmesine baxmayaraq. Kitabı hökmen oxuyun, eziz insan.

            • Anonim
              LADY- L · 15 Mart 00:0800

              Mene cox maraqlidir ki, sizin moteber sandiginiz menbeleri yazan alimler ozleri hansi faktlari ortaya qoyub oz nezeriyyelerini 100/100 subuta yetirmeyi bacariblar ? Fedussia siradandi Darvin suruden. Bes gunun bu gunu esaslandirilmamish ferziyyeleri boyuk elmi subut kimi insanlara siriyanlar hansi qebildendi goresen, mohterem cenab ?

  • Anonim
    Tovuzlu E · 13 Mart 22:4721

    Yumurta doyusdurmemin yaranma sebebi haqda ilk defe oxudum Yumurta doyusdurmeyin meqsedi qarsi terefin yumurtasini udmaqdi deye bilirem) Hec evvelki kimi yoxdu yumurta doyusduren

    Cavab yaz
  • Anonim
    Ali · 13 Mart 23:5320

    Bu düzgün cavab deyil

    Cavab yaz
  • Anonim
    ƏSİ... · 14 Mart 11:5830

    Dediklərin yaxşı,gözəl də,dünən bir sənədli filmə baxdım və sənin,mənim,bir çoxlarının oxuduqlarını təkzib edəcək fikirlər təkrar tüğyan etdi ağlımda...Bizlər yerli aborgenlərdən çox fərqlənirik...Gəlmələr fikrində doğruluq payı daha çoxdur elə bil:)Söz vermişdim guya özümə amma...

    Cavab yaz
    • Anonim
      Prince of Persia · 14 Mart 14:3600

      Salam, ESi xanım.Bilirem ki bu filme baxa bilmeyecem.Çox heyf.. Sen ki bilirsen,oxuduqlarımda ilişib qalmamışam. Teessüf ki her iki fikir üçün sübutlar 50:50 nisbetindedir.Bizim ise nezeriyyeden o yana fiziki gücümüz mehdud. Bir meqale var,tapsam senle bölüşecem)

      Cavab yaz
      • Anonim
        ƏSİ... · 14 Mart 19:3300

        Əlbəttə,bilirəm:)Yenilənmək ən yaxşısıdı...Bogomillərə baxırdım məndə...Dövri aləmdəyəm deyə ilişib qalmaq qorxutmur məni:))Mütləq,gözləyirəm...

        Cavab yaz
        • Anonim
          Prince of Persia · 14 Mart 22:1100

          Heqiqeti tapmaq çox çetindir,Esi xanım(Lakin şerefli iş olduğuna eminem). Etiqadına bütün varlığıyla inanan keşişin elinde İsanın müqeddeslik sübutunun sarsılmazlığı kimi)))

          Cavab yaz
  • Anonim
    Mirzəcəl İloğlu · 14 Mart 20:2520

    Prinse of Persia düz deyir. Quranda ayə var. Necə ölü yumrtadan diri cücəni yaratdıq, elə də qiyamətdə torpaqdan adamları qaldıracayıq.

    Cavab yaz
    • Anonim
      Prince of Persia · 14 Mart 23:5600

      Sağ olun.Prinsip etibarile bu tam da beledir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.